Diqqətli olun! "Facebook"da əməkdaşlar gizlicə izlənilir

Diqqətli olun! "Facebook"da əməkdaşlar gizlicə izlənilir

"Facebook" rəhbərliyi öz əməkdaşlarını addımbaaddım izləyir və "lazımsız" məlumatların mətbuata sızmamasına çalışır.

Bu barədə "Wired" jurnalına sosial şəbəkənin bir neçə sabiq və hazırkı işçisi məlumat verib.

Məsələn, müsahiblərin biri jurnalistdən telefonunu söndürməyi xahiş edib və bunu smartfondakı siqnal vasitəsilə "Facebook"un onların hər ikisinin yerini izləyə biləcəyi və bunun rəhbərliklə problem yaradacağı ilə izah edib.

"Facebook"un Nyu-York ofisinin sabiq əməkdaşı Bencamin Firnou da oxşar çətinliklərlə üzləşib. O, "Gizmodo" portalından olan jurnalist dostuna Mark Zukerberqin "Black Lives Matter" hərəkatı ilə bağlı işçilərinə yazdığı məktubu göndərib.

Ertəsi gün bazar gününə təsadüf etsə də, B.Firnou işdən, təxminən, 30 mesaj alıb. Özü də yazanlar yüksək vəzifəli şəxslər, o cümlədən Daxili araşdırmalar departamentinin rəhbəri olub. Əməkdaşdan təcili olaraq jurnalistlə nə məqsədlə əlaqə qurmasına aydınlıq gətirməsi tələb edilib, bir neçə gün sonra isə B.Firnou işdən qovulub.

mənbə: report

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 550 Tarix: 13.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 13.02.2018
nə də olsa facebook facedir :)
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 
Farqilit
Farqilit 13.02.2018
Ne FB var ne Vk var ne Ok ne de ki instagram. Vaxtim onqeder ucuz deyilki ele weylere serf edem.


 
Cesika
Cesika 13.02.2018
Olmayan bir weyi nece izleye bilerler
Ben ,Deyer bilmeyen her kese dòndùm sirtimi
iyi olun,sag olun...
mutlu olun....
Ama benden uzak olun...,

■☆■☆■☆■☆■☆■☆■☆

 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər