Sahil stansiyası nə zaman açılacaq?- RƏSMİ AÇIQLAMA

Sahil stansiyası nə zaman açılacaq?- RƏSMİ AÇIQLAMA

Metronun ən çox istifadə edilən Sahil stansiyası 6 aydır ki, təmirə bağlanıb.

A24.Az xəbər verir ki, insanları maraqlandırsan sual isə təmir-bərpa üçün bağlanan bu metrostansiyanın nə zaman açılacağı xəbəridir.

A24.Az məsələ ilə bağlı qurum rəsmisi ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən verilən məlumta görə, hazırda həmin istiqamətdə gedən işlər artıq yarıya çatıb. Tam təhvil-təslim prosesinin isə İyul ayının 1-də baş tutacağı qeyd olunub. Növbəti 5 ay ərzində isə qalan digər problemlərin həlli nəzərdə tutulur.
Qeyd edək ki, «Sahil» stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış «LT-3» tipli 3 eskalator sökülərək, yerində Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin «Viktoriya» tipli 4 eskalatoru quraşdırılır. Buna qədər isə «28 May» stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 635 Tarix: 13.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər