Sürüşmə zonasında son vəziyyət: "Nazirlər Kabinetinin qərarını gözləyirik"

Sürüşmə zonasında son vəziyyət: "Nazirlər Kabinetinin qərarını gözləyirik"

“Bayıl yamacı birmənalı olaraq bu gün yaşayış üçün təhlükəlidir”.

BiG.AZ xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir mavini İsrafil Kərimov məlumat verib.

O, əhalinin kirayəyə köçürülməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarını gözlədiklərini bildirib:

“İlkin mərhələdə biz camaatın müəyyən hissəsini xahiş edərək oradan çıxartmışdıq, lakin həftənin şənbə günü, günorta saatlarında sürüşmə yenə aktivləşdi, 4 ev uçdu, 1-i isə qismən dağıldı. Ondan sonra bizim nümayəndələrimiz polislə birlikdə əhalini oradan tam şəkildə çıxartdılar. RİH tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb. Oradan əmlakların daşınması üçün biz maşın və fəhlə vermişik, yer də ayırmışıq. Nazirlər Kabineti bu ailələr üçün kirayə vəsaiti ayırmalıdır. Həmin qərarın qəbul edilməsini gözləyirik. Qərar qəbul ediləndən sonra biz ailələrin kirayə mənzillərə köçürülməsini təmin edəcəyik. Onların kirayədə nə qədər qalacaqları isə mütəxəssislərin rəyindən asılı olacaq”.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 221 Tarix: 13.02.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər