"Alqı-satqı" sözünün "alğı-satqı" formasında yazılması qaydalara görə doğrudur

"Alqı-satqı" sözünün "alğı-satqı" formasında yazılması qaydalara görə doğrudur"Alqı-satqı" sözünün "alğı-satqı" formasında yazılması qaydalara görə doğrudur".

BiG.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib.

O bildirib ki, hər hansı bir sözün, yaxud sözün dəyişilmiş variantının qəbul edilib-edilməməsi onun dildə işləklik qazanmasından asılıdır: "90-cı illərdə "bilgisayar" sözü ilə yanaşı "kompüter" sözü də işlənməyə başlandı. Ancaq beynəlxalq termin olan "kompüter" işləklik qazandı. Bu baxımdan, layihədə diqqəti daha çox cəlb edən məsələlərdən biri müəyyən sözlərin yaddaşlarda möhkəmləndiyinə görə onlara olan baxışın dəyişilməsi, haqlı olaraq, bir çox suallar doğurur".

S.Sadıqovanın sözlərinə görə, mürəkkəb sözlərin yazılış qaydalarında verilən "alğı-satqı" sözünün yazılışı da mübahisə doğurur: "Çal" feilindən "-ğı" şəkilçisi vasitəsilə "çalğı" ismi düzəldilir və buna heç kimin etirazı yoxdur. "-ğı" dörd cür yazılan şəkilçidir, kar və ya cingiltili samitdən sonra gəlməsindən asılı olaraq, iki qrupda tətbiq edilir: kar samit qarşısında "-qı, -ki, -qu, -kü", cingiltili samit qarşısında "-ğı, -gi, -ğu, -gü" variantı işlədilir. "Çal" feilinin son samiti "l" cingiltili olduğu üçün məhz "-ğı" variantı seçilib. "Al" feili də "l" samiti ilə bitir və deməli, həmin məqamda bu sözə də eyni şəkilçi artırılması qeyd edilir. Onu da qeyd edim ki, 1960-cı il Orfoqrafiya lüğətində bu söz "alğı-satqı" formasında yazılıb. Yəni konkret olaraq "al" söz kökünə "ğı" şəkilçisi artırılıb. Həmin söz Orfoqrafiya lüğətinin 2004-cü il nəşrinə daxil edilməyib. Lüğətin 2013-cü il nəşrində isə yeni variant "alqı-satqı" forması meydana çıxıb. Layihədə isə 1960-cı il variantına qayıdılaraq 43-cü maddədə "alğı-satqı" kimi yazılıb. Göründüyü kimi, sözün tarixi mənzərəsi də müəyyən çətinliyin mövcudluğunu nəzərə çarpdırır. Bəs yeni layihə müəllifləri bu sözdən yan keçə bilməzdilərmi? Əlbəttə, yan keçə bilərdilər: ya əvvəlki variantı saxlayardılar, ya da müzakirəyə çıxarmadan həmin sözü lüğətin nəşrində sakitcə kənara qoya bilərdilər. Amma mövcud lüğətdə işləndiyi kimi "alqı-satqı" sözünün yeni iqtisadi münasibətlər sistemində xüsusi yerinin olması layihə müəlliflərinin müəyyən mövqe tutmasının əsasını təşkil edir: alğı-satqı. Həqiqət ondan ibarətdir ki, sözün al(maq) kökü cingiltili samitlə qurtardığına görə ona [ğı] şəkilçisi, sözün sat(maq) kökü kar samitlə qurtardığına görə ona [qı] şəkilçisi artırılıb. Müqayisə et: vurğu, durğu; yaxud: qatqı, basqı. Nəzərə almaq lazımdır ki, bu sözlər düzəltmə, alqı-satqı isə mürəkkəb sözdür".

Sədr müavini qeyd edib ki, mürəkkəb sözün birinci tərəfi ikinci tərəfin tələbi ilə alğı yox, alqı kimi yazılmasını tələb edir: "Bu söz həm də iqtisadiyyat terminidir. Terminologiya Komissiyasının qərarı ilə 2005-ci ildə "İzahlı iqtisadi terminlər lüğəti" nəşr olunub. Həmin lüğətdə termin "alqı-satqı" kimi yazılıb və "bir tərəfin (satıcının) əmtəəni satması, digər tərəfin isə əmtəəni alması haqqında müqavilə; əmtəələrin bazarda alqısı və satqısı prosesi kimi izah edilib. Bununla yanaşı, "alqı-satqı sifarişi", "alqı opsionu", "alqı ilə heçinq", "alqı-satqı müqaviləsi" kimi bir sıra terminlər də g ilə deyil, q ilə yazılıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281