Aktrisanın qardaşı bağ evində ölü tapıldı - FOTOLAR

Aktrisanın qardaşı bağ evində ölü tapıldı - FOTOLAR

İllərdir aralarında problem olduğu deyilən Sarah Cessika Parker ilə Kim Kattrall arasında yeni bir qalmaqalın əsası qoyulub.

"Sex and the City" serialında həmkar olan cütlükdən Kim Katrallın 55 yaşlı qardaşı bir neçə gün öncə bağ evindən ölü tapılıb.

Hadisədə sonra Sarah Cessika Parker instagram-da Kattralla başsağlığı verib. Ancaq məşhur aktyorun Parkerin mesajına cavabı xeyli sərt olub.

61 yaşlı Kattrall keçmiş film həmkarına hər kəsi şok edən bir cavab yazıb:

"Anam "Bu iki üzlü Sarah Cessika Parker səni nə zaman rahat buraxacaq?" deyə soruşdu. Mənimlə əlaqə yaratmağın, nə qədər amansız biri olduğunu mənə xatırladır. Bunu açıqlayım - Sən mənim rəfiqəm və ya ailə üzvüm deyilsən. Sənə son dəfə cavab yazıram. "Yaxşı qız" imicini artırmaq üçün bizim vəziyyətimizi dramatikləşdirməkdən əl çək."

mənbə: milli.az
Aktrisanın qardaşı bağ evində ölü tapıldı - FOTOLAR
Aktrisanın qardaşı bağ evində ölü tapıldı - FOTOLAR
Aktrisanın qardaşı bağ evində ölü tapıldı - FOTOLAR
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1965 Tarix: 13.02.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər