Musa Musayevin ailəsində FACİƏ: 18 yaşlı qardaşı qəflətən öldü - FOTOLAR

Musa Musayevin ailəsində FACİƏ: 18 yaşlı qardaşı qəflətən öldü - FOTOLAR

Ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda çıxış edən "Şahdağ" klubunun futbolçusu Musa Musayevin qardaşı Tacir Musayev vəfat edib.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, bu barədə sayta açıqlamasında Musayevin özü məlumat verib. Onun sözlərinə görə, Tacirin sinif yoldaşı ilə maşında gedərkən qəfildən ürəyi dayanıb. O, dərhal xəstəxanaya aparılsa da, yolda keçinib. Futbolçunun sözlərinə görə, 18 yaşlı Tacirin hər hansı bir xəstəliyi olmayıb.

Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Lakin dəqiq cavab 15 gün sonra ekspertizanın rəyindən sonra bilinəcək.

Musa Musayevin ailəsində FACİƏ: 18 yaşlı qardaşı qəflətən öldü - FOTOLAR
Musa Musayevin ailəsində FACİƏ: 18 yaşlı qardaşı qəflətən öldü - FOTOLAR
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 8969 Tarix: 13.02.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər