Uşağın vaxtında dil açmasını istəyirsinizsə, bunları edin - LOQOPED MƏSLƏHƏTİ

Uşağın vaxtında dil açmasını istəyirsinizsə, bunları edin - LOQOPED MƏSLƏHƏTİBiG.AZ ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın məqaləsini təqdim edir.

Siz heç fikirləşmisinizmi ki, əgər uşaq gec danışırsa, buna səbəb olan böyük problem nə ola bilər?

Araşdırmalar onu göstərir ki, risk faktorları sırasında bir məsələ də var - jestlərdən məhdud istifadə.

Hansı jestlər var? Nədir jestlər?

Jestlər uşağın nitqdən öncəki mərhələdə, nitqin inkişaf mərhələsində, 1,5-2 yaşlı körpələrin birinci, qeyri-verbal ünsiyyət vasitəsidir. Nitq açılana qədər uşaqlar başa düşür ki, jestlərlə istədiklərini bildirməlidirlər. Məsələn, nəyisə istədikdə əllərini açaraq "mənə ver" jestindən istifadə edirlər. Həmçinin, uşaqlar əl çalmaq, salamlaşmaq, vermək, göstərmək, şəkil çəkmək kimi jestlərdən istifadə edirlər.

Uşaqlara bu jestləri imitasiya yolu ilə öyrədirik. İnkişafı normal olan, həmçinin, normal nitq inkişafı gedən uşaqlarda imitasiya (hərəkətləri təkrarlama) bacarığı olmalıdır.

Nədir imitasiya? Nə üçün imitasiya və jestlər nitqin inkişafı üçün vacibdir?

İmitasiya uşaqların böyüklərin hərəkətlərini təkrarlamasıdır. Məsələn, oyun əsnasında, ata və ya baba uşaqla oynadığı zaman ata iməkləsə, uşaq da onu təkrarlayacaq, yaxud baba əl çalır və uşağa əl çal dedikdə o da əl çalmalıdır. Uşaq oyun zamanı partnyorunu təkrar etməlidir. Adətən nitqin inkişafı normal olan balacalar əvvəl jestlərdən istifadə edirlər və böyükləri təkrar edirlər. Bu təkrarları nitqdə də istifadə edirlər. Balacalar valideynlərin dediyi hecaları həmin anda təkrar etməyə başlayırlar. Əgər uşağınız jestlərdən istifadə etmirsə, nitq fəaliyyəti və fiziki hərəkətlər baxımından sizi təkrar etmirsə, bu zaman nitqdə problemin ləngimənin olmasından şübhələnə bilirik. Araşdırmalar göstərir ki, uşaqlarda jest və imitasiyasının olmasını, düzgün şəkildə istifadəsini 18-36 ay müddətində onun nitq bacarıqları kimi proqnozlaşdırmaq olar.

Jestlərin inkişafında mənfi əlamətlər!

Normal nitq inkişafı gedən uşaqlarda jestlərdən istifadə 9-10 aydan başlamalı və hər ay 2 yeni jest əlavə etməlidirlər. Ekspertlərin fikrinə görə, əgər uşaq 1 yaşında ən az 2 jest istifadə etmirsə, bu, uşağın nitqiylə bağlı narahat olmağımız üçün qırmızı bayraqdır.

Jestlərdən məhdud istifadənin diaqnostik nəticələri

Jestlərdən istifadə etməyən balacaların qeyri-verbal aspektləri ilə bağlı çətinlikləri var. Bu çətinliklər balacaların başqaları ilə qarşılıqlı fəaliyyəti ilə bağlıdır. Hazırki tədqiqat bizə deyir ki, jestdən erkən istifadə uşağın sosial bilgisi və nitqinin inkişafı üçün vacibdir. Əgər uşaq jestlərdən istifadə etmirsə, sizi təkrarlamırsa, autizm riskli kateqoriya ilə bağlı diaqnostik testindən keçmələri mütləqdir.

Uşağın jestlərdən istifadə bacarığını inkişaf etdirməyin yolları;

Balacalara jestlərdən istifadəni öyrətmək üçün edə biləcəyiniz çox şey var. Birinci model jestlər özünüzsünüz. Bunun üçün ən asan yol yenə imitasiya, yəni əl və ya başla istifadə edəcəyiniz hərəkətlərlə uşağa danışmağı öyrətməkdir. "Hə", "yox" demək üçün başı silkələmək, əllə öpüş yollamaq, beş vurmaq və ya uşaq mahnılarıyla imitasiya etmək.

Valideynlər üçün məsləhətlər

Əgər 1,5-3 yaşlı uşağınız jestlərdən istifadə etmirsə, sizi təkrar etmirsə, ilk olaraq uşaq psixiatrı, nevropatoloq, pediatr kimi səhiyyə işçilərinə müraciət etməlisiniz. Diaqnostik nəticə olaraq səhiyyə mütəxəssisiniz tərəfindən ehtiyac olduğu halda loqoped və psixoloqa yönlədiriləcəksiniz.

Biz mütəxəssislər autizm, nitq ləngiməsi, daun sindromu, ümumi psixi inkişaf ləngiməsi ilə bizə müraciət edən uşaqlarla təlim proqramımızda ilk öncə onlarda imitasiyanı, yəni təkrarı yaratmağa çalışarıq. Erkən müdaxilə olaraq jestlərdən istifadəni qazandırırıq.

Əsasən sual olunur ki, uşağım nə zaman sizi təkrar edə biləcək, jestlərdən istifadə edə və ya danışa biləcək. Uşağın problemindən asılı olaraq, müsbət nəticəni əldə etmək müddəti də müxtəlifdir. Loqopedik məşğələlər həftədə ən az 3 dəfə məsləhət görülür. Məşğələlərin çox verilməsi uşağın müsbət nəticəsini tez əldə etməkdə bizə kömək edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2151   Tarix: 11 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724