Dünyanın ən varlı heyvanları (Foto)

Bəzi insanların heyvanlara olan sevgisi sərhəd tanımır. Hətta bəzi insanlar öz sevimli heyvanlarına milyonlarla dollar vəsiyyət edir.

Tommazo adlı italyan pişik belə xoşbəxt heyvanlardan biridir. Bir neçə ay əvvəl italiyalı milyoner Mariya Assunta Romada vəfat etdikdən sonra onun 15.6 milyon dolları və 3 villası Tommazaya miras qalıb.

Milyonerin heç bir qohumu və ya övladı olmadığından onun bütün sərvəti və daşınmaz əmlakı bir zamanlar küçədən tapdığı qara pişiyin olub.

Ən zəngin heyvan isə almanıyalı Günter adlı itdir. Günterə öz sahibindən 140 milyon dollar miras qalıb. Onun Toskanada evi, Mayamidə villası, şəxsi sürücüsü və qulluqçuları var. Günter dünyanın ən varlı iti kimi "Ginnes rekordları kitabı"na düşüb.

Dünyanın ən varlı ikinci heyvanı isə 62.4 milyon dollarla üzgüçülük üzrə çempiyon olmuş Frenk O’Nilin keçmiş həyat yoldaşı Patrisianın şimpanzesi Kaludur.

Dünyanın ən varlı heyvanları (Foto)Dünyanın ən varlı heyvanları (Foto)Dünyanın ən varlı heyvanları (Foto)Dünyanın ən varlı heyvanları (Foto)Dünyanın ən varlı heyvanları (Foto)Dünyanın ən varlı heyvanları (Foto)Dünyanın ən varlı heyvanları (Foto)Dünyanın ən varlı heyvanları (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7565   Tarix: 26 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş