5 ayaqlı quzu hər kəsi heyrətləndirdi - FOTOLAR

5 ayaqlı quzu hər kəsi heyrətləndirdi - FOTOLAR

Beşayaqlı heyvan görənləri heyrətə gətirib.

BiG.AZ publika.az-a istinadən xəbər veri ki, sosial şəbəkələrdə maraqla izlənən görüntülər İngiltərənin Darem qraflığında yerləşən fermaların birində çəkilib. Fermer iddia edir ki, dünyaya gələn quzunun nə az, nə çox, düz 5 ayağı var.

Heyvanın sahibi daha əvvəl belə bir vəziyyətlə qarşılaşmadığını deyib və quzunun sağ qalacağına ümid etməyib. Ona görə də, quzuya "Hope" (Ümid) adını qoyub. Qüsurlu doğulmasına baxmayaraq, quzu artıq 2 həftədir ki, həyatla mübarizə aparır. O, rahat yeriyə bilmir, ancaq fermer quzunu özündə saxlayıb.

Dünya mətbuatının diqqətini çəkən beşayaqlı quzunun 5-ci ayağı sağ tərəfindədir. Pəncəsi digər ayaqları kimi sağlamdır və iki yerə ayrılır.

Baytarlar deyir ki, fiziki qüsurlu doğulan heyvanlar çox yaşamır. Lakin quzunu tibbi baxışdan keçirən baytar əməliyyata ehtiyac olmadığını deyib. Beşinci ayaq ona heç bir narahatlıq yaşatmayacaq.

5 ayaqlı quzu hər kəsi heyrətləndirdi - FOTOLAR
5 ayaqlı quzu hər kəsi heyrətləndirdi - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 828 Tarix: 10.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tansu
tansu 10.02.2018
yaziq.
Г.Манапов...Чайки...

 
vetenperver
vetenperver 10.02.2018
Xəzər tvnin gözündən uzaq...


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər