"Eurovision 2012" təmsilçilərini nə birləşdirir?

Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın "Eurovision 2012" təmsilçilərini birləşdirən bir neçə ortaq cəhət var. ANS PRESS-in "Eurovision.az" saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstanın builki təmsilçilərini birləşdirən ortaq cəhət onların "Eurovision" mahnı müsabiqəsi üzrə milli seçimlərdə ardıcıl iştirakıdır.

Onların hər birinin ən böyük istəyi Avropanın məşhur mahnı yarışmasında ölkələrini təmsildir. Elə bu məqsədlə də müxtəlif illərdə müntəzəm olaraq ölkələrində keçirilən milli seçim turlarında iştirak ediblər.

Azərbaycanın builki "Eurovision" təmsilçisi Səbinə Babayeva 2008-ci ildən 2011-ci ilədək 4 il ardıcıl olaraq milli seçim turlarında iştirak edib. Nəhayət, bu il arzusuna çatıb.

Xorvatiyanı 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Nina Badriç də bu istəklə 4 dəfə (1993, 1994, 1995, 2003) milli seçimlərdə çıxış edib.

Belarusun məşhur "Litesound" qrupu isə 6 ildir ölkə təmsilçiliyi uğrunda gedən yarışlarda özünü sınayır. Nəhayət, bu arzu gərgin mübarizədən sonra bu il gerçəkləşib.

Makedoniyalı Kaliopi 1996-cı ildə ölkəsini "Eurovision" səhnəsində təmsil etməyə nail olsa da, 2002-ci ildən yenidən bu arzu ilə milli seçimlərə qatılıb. Həmin ildən etibarən 2005, 2009 və 2011-ci illərdə Makedoniyanın milli seçimlərində iştirak edib. Bu il bu şərəfli ad ikinci dəfə ona həvalə olunub.

Anri Coxadze 2008-ci ildən Gürcüstanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək istəyir. Elə buna görə də 3 dəfə (2008, 2009, 2011) müsabiqə üçün keçirilən seçimlərdə olub. Lakin o, bu fürsəti məhz 2012-ci ildə əldə edib.

Hazırda Azərbaycan, Makedoniya, Xorvatiya, Belarus və Gürcüstan təmsilçilərinin hər biri böyük həyəcanla mayda Bakıda keçiriləcək "Eurovision" şousuna hazırlaşır. Səbinə Babayeva, Kaliopi, Anri Coxadze, "Litesound", Nina Badriç ən böyük arzularından birini eyni səhnədə - "Bakı Kristal Zalı"nda gerçəkləşdirəcəklər. Onlar eyni arzu ilə bir səhnədə görüşəcəklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2489   Tarix: 03 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147