Azərbaycanda dəhşətli yol qəzası: bir ailənin 3 üzvü həlak oldu, 5 yaralı (Yenilənib)

Azərbaycanda dəhşətli yol qəzası: bir ailənin 3 üzvü həlak oldu, 5 yaralı (Yenilənib)2 "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü həlak olub, 5 nəfər yaralanıb.

Regional TV-yə istinadən xəbər verir ki, martın 20-də saat 21 radələrində Gəndob-Yalama yolunun 10-cu km-liyində, Şabranın Ağalıq kəndi ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. 2 "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü həlak olub, 5 nəfər yaralanıb.

41 yaşlı Ağalıq kənd sakini Əlibabayev Niyətəli Qəribağa oğlunun idarə etdiyi 17 BC 173 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili qarşıdan gələn eyni markalı minik maşını ilə toqquşub. Toqquşma zamanı Rəhimli kənd sakini 23 yaşlı Ələsgərov Sərxan Şakir oğlunun idarə etdiyi 10 BL 884 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı minik avtomobili yolun kənarındakı dərəyə düşüb.

Yaralılar hadisə şahidlərinin köməyi ilə maşınlardan çıxarılıb. 17 BC 173 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Niyətəli Əlibabayev və 2 yaşlı oğlu Elmir Əlibabayev hadisə yerində keçinib. Onun həyat yoldaşı 30 yaşlı Əlibabayeva Telli Tahir qızı Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Digər avtomobildə olanlar Rəhimli kənd sakinləri 21 yaşlı Namiq Poladov, 24 yaşlı Kamran Paşayev, 30 yaşlı Rəhidxan Həmzəyev, 23 yaşlı Sərxan Ələsgərov, 22 yaşlı Cəfər Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın şöbə müdiri Ağayar Quliyev bildirib ki, onların vəziyyəti hazırda qənaətbəxşdir. Hadisənin baş vermə səbəbi araşdırılır. Faktla bağlı avto-texniki eksptertiza təyin olunub, araşdırmalar aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4532   Tarix: 23 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

10:55 202
.

KİV: İsrail İranı vura bilər

İsrailin hərbi cavabı öz imkanlarını nümayiş etdirmək üçün İranın dərinliklərindəki hədəflərə zərbələr endirmək ola bilər. Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı adı açıqlanmayan ABŞ-li məmura istinadən məlumat yayıb. Məlumata görə, İranın hücumuna İsrailin potensial cavabı gərginliyi artırma

12:02 215
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 395
.

"Baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi"

Rusiya və Ukrayna arasında davam edən müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurdu. Artıq dövlətlər münaqişəli məsələləri güc yolu ilə həll etməyə üstünlük verir. İran-ABŞ, İsrail arasında yaranan gərginlik isə region üçün yeni təhlükəyə çevrilib. Maraqlıdır, növbəti mərhələdə proseslər necə cərəya

17:55 0
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

14:32 179
.

"Semka" da həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən -a verilən məlumata görə, bu dəfə "Semka" ləqəbi ilə tanına

16:44 106
.

"ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq"

"Qlobal güclər,habelə region dövlətləri İsrail və İrana ünvanlanmiş müraciətlərində səbrli və təmkinli olmaq,mübahisəli məsələləri güc tətbiq etməkdən uzaq olmaqla bağlı çağırışlarını ediblər. ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq,hərçənd AB

16:21 0
.

İtaliyanın Tehrandakı konsulluğu müvəqqəti bağlanıb

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. xəbər verir ki, bu barədə MTV Lebanon məlumat verib. Bildirilib ki, İtaliya vətəndaşları üçün zəruri konsulluq xidmətləri davam etdiriləcək

21:15 0
.

Bakının üç rayonunda qaz olmayacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

20:27 0