Oyun zamanı futbolçunun ürəyi dayandı (Foto, Video)

İngiltərənin FA Cup-ın final görüşündə "Tottenham Hotspur" klubu ilə "Bolton Wanderers" klubu arasında keçirilən oyunda şok olay yaşanıb. ANS PRESS-in CNNTürk-ə istinadən verdiyi məlumata görə, qarşılaşmanın ilk yarısında Bolton klubunun oyunçusu 24 yaşlı Fabrike Muambanın ürəyi dayanıb. Nəfəsi kəsilən futbolçuya tibbi yardım göstərilsə də, vəziyyəti yaxşılaşmayıb. Oyunu idarə edən hakim Hovard Uebb matçı dayandırıb.

F. Muamba stadionda yerə yıxılarkən digər futbolçular təşvişə düşüb, həmkarı Tuncay Şanlı yerə oturaraq Allaha dua etməyə başlayıb.

Gənc futbolçu xəstəxanaya aparılıb, oyun isə təxirə salınıb. Xəstəxanadan verilən son məlumatlara görə, Muambanın sağlıq durumu artıq qaydasındadır və həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, baş verən hadisəyə görə, "Tottenham" – "Bolton" oyunu yarıda dayandırıldığı üçün klublar yenidən görüşməlidirlər. Amma hələlik görüş matçının dəqiq vaxtı müəyyən edilməyib.

Oyun zamanı futbolçunun ürəyi dayandı (Foto, Video)Oyun zamanı futbolçunun ürəyi dayandı (Foto, Video)Oyun zamanı futbolçunun ürəyi dayandı (Foto, Video)Oyun zamanı futbolçunun ürəyi dayandı (Foto, Video)Oyun zamanı futbolçunun ürəyi dayandı (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3572   Tarix: 20 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740