Hamilə qadın bətnindəki əkizlərə görə gözünü qurban verdi

Hamilə qadın bətnindəki əkizlərə görə gözünü qurban verdiƏkiz uşaqlara hamilə olan qadın, qəfildən ağır xəstəliyə tutulur və həyati risk edir. 37 yaşlı Cessika Bosmiller tibbdə qeyri-adi hadisə hesab olunan bu xəstəlyi ilə mübarizə və öz övladlarını dünyaya gətirmək üçün bütün mümkün vasitələrə al atmağı ilə xarici medianın gündəminə gəlib.

BiG.AZ medicina.az-a istinadən bu qadının hekayətini təqdim edir:

Ötən il əkizlərə hamilə olan 37 yaşlı Cessika Bosmiller avtomobil idarə edərkən, qəfildən sağ gözünün tutulduğunu hiss edib. Görmənin pisləşməsini hamiləlikdə baş verən preklampsiya olduğunu düşünən qadın oftalmoloqa gedib. Həkim ona dəhşətli xəbəri verəndə qulaqlarına inanmır: qadına okulyar melanoma - gözün nadir xərçəngi diaqnozu qoyulur. Bu xəstəlik əslində, 55 yaşdan yuxarı insanlarda rast gəlinir.

Kimyaterapiya ilə şişin böyüməsinin qarşısını alıb, görməni az da olsa, müəyyən müddət qorumaq mümkün olsa da, xəstə hamilə olduğundan bun aimkan vermir. Belə olduqda qadının bircə yolu qalırdı: dərhal enukleasiya-gözün çıxarılması.

Daha bir risk plasenta ilə melanomanın dölə keçmə təhlükəsinin olmasında idi. Bunu təyin etmək üçünsə yalnız doğuşu gözləmək lazım gəlirdi. Cessika qərarını yubatmadan verir: gözü çıxarılsın.

O, 7 və 9 yaşlı uşaqlarına vəziyyəti belə izah edir:

"Ananın gözündə pis bir ağac bitib, onu kökündən çıxarmaq lazımdır. Ananız bir müddət pirat qulduru kimi gözü lentlə bağlı gəzəcək".

Hamiləliyin 35-ci həftəsində əməliyyata qərar verilir. Həkimlər ağırlaşma olarsa, təcili keysər üsulu ilə əkizləri götürməyə də hazırlaşmışdılar.

Əməliyyat uğurlu alınır. Narkozdan ayılan kimi tək gözü ilə başının üstündə dayanıb qarnına yapışdırılmış aparatda döllərin ürək ritmini izləyən həkimi görür. Həkim bətndəki körpələrin vəziyyətinin yaxşı olduğunu bildirir. Güzgüdə özünə baxan qadının ərinə yazığı gəldiyini aşıq şəkildə ifadə edir: "O, buna necə baxacaq. Gör, yazıq nəyə məcbur oldu?"

Cessika 2 həftəlik güclü baş ağrılarına dözdükdən sonra ona protez göz yerləşdiriblər.

Hamiləlik sona kimi çatdırılıb və təbii doğuşla əkizlər dünyaya gəlib.

Şişi analiz edən həkimlər pasiyentə daha bir bəd xəbəri verir: bu xərçəngin ən ağır formasıdır, əgər vaxtında əməliyyat olunmasaydı, göz ətrafına metastaz verəcəkdi.

Plasentanın (ciftin) müayinəsi isə müsbət çıxdı: metastaz ciftə keçməyib. Lakin həkimlər Cessikanı 3 il ciddi nəzarətdə saxlayacaq: çünki digər orqanlara metastaz ehtimalı 50% var.

Cessika isə 4 uşağı və həyat yoldaşı ilə evində gündəlik qayğılarını yaşayır. O, çox optimistdir:

"Həkimlər 50% ehtimal deyir. Mən isə digər 50%-ə, şansıma inanıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3191   Tarix: 28 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801