"Eurovision 2012" haqqında 4 xəbər

"Bu mahnı Səbinəyə çox yaraşır!"
"Eurovision-2011″nin qaliblərindən olan Eldar Qasımov Səbinə Babayevaya arzularını çatdırıb

"Mərkəz"in məlumatına görə, Eldar Qasımov Səbinə Babayevanın müsabiqədəki "When the music dies" mahnısına ilk qulaq asanlardan olub. "Bu mahnı sənə çox yaraşır" deyən Eldar Qasımov təmsilçimizə uğurlar və bütün Avropanın sevgisini arzulayıb.

"Eurovision tapmacadır"
Soluna Samay Eurovision səhnəsindəki çıxışı ilə bağlı bəzi sirlərini açıb

"Mərkəz"in məlumatına görə, 42 ölkə arasında seçilməyin çətin olduğunu söyləyən Danimarka təmsilçisi "Bakı Kristal Zalı"nın səhnəsindəki şousunu digərlərindən fərqləndirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, Danimarkanın builki Eurovision mahnısı bir qədər lirik ştrixlərlə seçilir. Soluna mahnısının insanı xəyallar aləminə apardığına inanır. Bununla yanaşı, Danimarka təmsilçisi evdə şounu izləyən tamaşaçıların istəyinə uyğun olaraq çıxışına bəzi ştrixlər əlavə edəcək.
O, adının "bookmeyker"lərin siyahısında favoritlərlə birgə çəkilməsinə belə münasibət bildirib: "Eurovision tapmacadır. Bizim şansımız var. "Bookmaker"lərə etibar etmək olmaz. Mən ölkəmi bu müsabiqədə birinci etmək üçün əlimdən gələni edəcəyəm".

SOCAR "Eurovision-2012″nin rəsmi tərəfdaşı kimi!
Azərbaycan Dövət Neft Şirkəti (SOCAR) Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi tərəfdaşı seçilib
"Mərkəz"in müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Avropa Yayım Birliyi (EBU) açıqlayıb ki, dünyanın böyük neft şirkətlərindən biri olan SOCAR "Eurovision -2012"nin rəsmi tərəfdaşı kimi çıxış edəcək.
"Eurovision.tv"nin direktoru və EBU-nun nümayəndəsi Yorqan Frank (Jørgen Franck) deyib ki, onlar bu tərəfdaşlıqdan məmnundurlar: "Səbirsizliklə gözləyirik ki, üzümüzə gələn aylarda biz çox yaxşı əməkdaşlıq edəcəyik və onların da dəstəyi ilə yüksək səviyyəli, möhtəşəm şou həyata keçiriləcək".
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" yarışmasının əsas tərəfdaşlarından biri kimi çıxış etməyə çox şad olduqlarını ifadə edib: "Bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ümid edirik ki, qonaqlar Azərbaycandan razı qalacaq. Biz müsabiqənin ən yüksək səviyyədə keçirilməsi və iştirakçıların, ölkəmizin qonaqlarının Bakıda keçirəcəkləri günlərindən tam məmnun olmaları üçün əlimizdən gələni edəcəyik».

"Eurovision-2012″də ölkələrin çıxış ardıcıllığı müəyyən olunacaq

Martın 19-20-də Bakıda Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iclası olacaq

"Mərkəz"in müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Eurovision 2012 şousu ilə bağlı aparılan hazırlıq işləri müzakirə olunacaq.
42 ölkədən olan nümayəndə heyətlərinə Eurovision Mahnı Müsabiqəsinə aid olan məkanlar, otellər, "Bakı Kristal Zalı" və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat veriləcək.
Həmçinin iki günlük toplantı çərçivəsində 42 ölkə arasında püşkatma mərasimi olacaq. Bu püşkatma nəticəsində mayın 22 və 24-dəki yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunan 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2219   Tarix: 19 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 568
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

11:35 158
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 429
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 140
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

14:05 0
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 369
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 1092
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 308
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 512