Bakıda 23 DYP maşınının arxasına düşdüyü sürücünü döyə-döyə belə tutdu - VİDEO

Bakıda 23 DYP maşınının arxasına düşdüyü sürücünü döyə-döyə belə tutdu - VİDEOBakıda saxlanılan avtoxuliqanın tutulma anının görüntüləri yayılıb

Sosial şəbəkələrdə yayılan videoda avtoxuliqanın maşından düşərək qaçmağa başladığı görünür. Uzun sürən təqibdən sonra polislər onu tutmağa müvəffəq olurlar. Polislərin avtoxuliqanı tutarkən döydüyü də videogörüntülərdə öz əksini tapıb.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov trend-ə bildirib ki, əlil Məmmədov Zaur Səxavət oğluna dövlət tərəfindən əvəzsiz verilən "NAZ Lifan" markalı "90 UR 366" dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib:

"Lakin sözsüz ki, sürücü sənədsiz olduğundan avtomobili saxlamadan hərəkətini davam etdirib. Digər yolayrıclarında xidmət aparan polis əməkdaşlarına həmin avtomobilin saxlanması ilə bağlı işarə verilməsi barədə radiocihaz vasitəsilə məlumat verilib. Üç yolayrıcında xidmət aparan polis əməkdaşları həmin avtomobil sürücüsünə dayanma işarəsi versə də, sürücü yenə də dayanmadan hərəkətini davam etdirib. Beləliklə, onun həqiqətən olduqca təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilərək və bu prospektdə isə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb. Təəssüflər olsun ki, bununla əlaqədar guya 23 yol polisi avtomobilinin həmin avtomobilin saxlanması ilə əməliyyat keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtomobilin saxlanılmasında 2 patrul avtomobili və ərazi üzrə xidmət aparan üçüncü patrul avtomobili iştirak edib. Saxlanılan zaman sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb".

V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində toplanmış sənədlər Səbail rayon məhkəməsinə təqdim edilib və məhkəmənin qərarı ilə ona 30 sutka həbs verilib.

V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində toplanmış sənədlər Səbail rayon məhkəməsinə təqdim edilib və məhkəmənin qərarı ilə ona 30 sutka həbs verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2090   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568