Reket jurnalistika ilə necə mübarizə aparaq? - AÇIQLAMA

Reket jurnalistika ilə necə mübarizə aparaq? - AÇIQLAMASon zamanlar dövlət səviyyəsində rekert jurnalistlərə qarşı aparılan mübarizə effekt verməyə başlayıb və bu sahədə adı çıxanların bir hissəsi məsuliyyətə cəlb olunub, bir hissəsi isə ortalıqdan çəkilib. Amma buna baxmayaraq, künc-bucaqda fəaliyyət göstərən, kimlərisə ləkələməyə çalışan əxlaqsız adamlar var. Özlərini jurnalist adlandıran, əslində isə çirkli yollarla pul qazanmaq istəyən belələri son günlər yeni variantlara əl atmağa başlayıblar. Onlar əməkdaşı olduqlarını söylədikləri redaksiyaların qapısını belə tanımadıqları halda, əllərində ifşaedici materiallar olduğunu söyləyib, idarə və müəssisələrin canlarına düşüblər. BiG.AZ saytı bu cür jurnalistlərlə bağlı mübarizə istiqamətini araşdırıb.

Reket jurnalistika ilə necə mübarizə aparaq? - AÇIQLAMABiG.AZ-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, rekertçilik mətbuatda geniş yayılmış fəaliyyət növüdür. "Bu problemin öhdəsindən gələ bilmirik. Rekertçilik jurnalistikanın daxilində yaranmış ciddi problemdir. Müstəqilliyimizin ilk illərində hələ formalaşmamış mətbuatın rekertçilizm deyilən şəbəkə yarandı. Yəni mətbuata qeyri-peşəkarların axını başladı. O dövrdə rekertçilik daha çox yazılı mətbuatda özünü göstərirdi. Rekert qəzetlər və orada fəaliyyət göstərən jurnalistlər yarandı. Artıq müasir dövrdə sosial şəbəkələrdə də rekertçiliyə rast gəlinir. Bəzi informasiyaları sifarişlə, kiminsə şəxsi həyatına toxunmaqla həyata keçirirlər. Əlbəttə bununla bağlı hüquqi bazalar yaradılır. Zamana uyğun olaraq, qlobalaşan dünyada yeni qanunların qəbuluna ehtiyac duyulur. Bu problemin qarşısını almaq üçün özünü qınaq da önəmlidir. Yəni mətbuat daxilindəki problemi dərk edib həll yolunu axtarmalıdır. Bundan əlavə Mətbuat Şurasında rekertçiliklə bağlı komissiya fəaliyyət göstərir. Ən önəmlisi hər bir jurnalist adına ləkə vurulmasın deyə bu mübarizədə aktiv olmalıdır".

Reket jurnalistika ilə necə mübarizə aparaq? - AÇIQLAMAParlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı vurğulayıb ki, rekertçilik təkcə Azərbaycan mətbuatının deyil dünyanın hər bir ölkəsində izlənilən problemdir. "Əgər 20 il bundan qabaq rekertçiliklə məşğul olanlar həftəlik, illik qəzet çıxarmaqla məşğul olurdularsa bu gün internet məkanlarına axın edirlər. Çünki qəzeti çıxarmaq üçün müəyyən qədər maliyyə lazım olur. Rekertçilik mətbuatın ciddi problemidir. Biz təkliflər irəli sürsək də bu problemin tam həlli mümükün olmayacaq".

Reket jurnalistika ilə necə mübarizə aparaq? - AÇIQLAMADeputatı Aydın Hüseynov bildirib ki, rekertçilik, qarayaxma Azərbaycan mənəviyyatına, milli dəyərlərimizə ziddir. "Azərbaycan mənəviyyatı sözü üzə deyən psixologiyada yetişib. Bu gün bir neçə rekert jurnlistlər həbs olunub. Bununla bağlı qanunlarımız sərtləşdirildi. Hər bir vətəndaş da bununla bağlı öz mövqeyini bildirməlidir. Rekert jurnalistlərlə mübarizəyə vətəndaşlarımız da qoşulmalıdır. Azərbaycançılıq ideologiyasına sadiq qalan saytlar da belə jurnalistlərə qarşı mübarizə aparmalıdır. Televiziyalar və qəzetlər də bu məsələdə öz fikrini deməlidir. Yəni el qınağı vacibdir. İctimai qınaqla bu problemi daha asan həll etmək olar. Mükəmməl qanunlarımız var. Tədbiq də olunur. Hüquq mühafizə orqanlarına bununla bağlı müraciət olunursa yerindəcə araşdırılır və həllini tapır. Jurnalistika böyük sahədir. Vicdanı və qələmi ilə Azərbaycan dövlətinə xidmət göstərən, ictimaiyyətə öz töhfəsini verən jurnalistlərin adına ləkədir. Ona görə də jurnalistlər də rekertçiliklə məşğul olanlarla mübarizə aparmalıdır. Yalan informasiya yayan saytların çoxalmasının qarşısı alınmalıdır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1227   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409
.

Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyiti tapılıb

Sumqayıtda uşaq xəstəxanasının həyətində yeni doğulmuş körpənin meyiti tapılıb. APA-ya istinadən xəbər verir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb. Körpənin 6-7 həftəlik olduğu təxmin edilir. Meyit ərazidən götürülərək təhvil verilib

27.03.2024 535
.

Məşhur aktrisanı aldatdılar – "Key deyiləm, abır-həya edirəm"

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. -ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyi

27.03.2024 447
.

İran prezidenti: "Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir"

İran prezidenti Rəisi Tehranda olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. xəbər verir ki, görüşdə Rəisi Qəzza xalqının müqaviməti ilə Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib. "Qəzzada ba

27.03.2024 202
.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

İdarə rəisi təqaüdə göndərildi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib. Avtosfer-ə istinadən xəbər verir ki, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamra

27.03.2024 487