Azərbaycanlı məktəbli nadir xəstəlikdən öldü

Azərbaycanlı məktəbli nadir xəstəlikdən öldüGürcüstanın Marneuli rayonunun 8 saylı orta məktəbinin şagirdi Yusif Talıbovun qəfil ölüm səbəbi məlum olub.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, 7 yaşlı Y. Talıbov M. İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında meninqokoksemiya xəstəliyindən dünyasını dəyişib.

Marneuli rayonunun İctimai Sağlamlıq Mərkəzindən bildirilib ki, məktəbli ilk olaraq yerli xəstəxanaya yerləşdirilib: "Sonra o, M. İaşvili adına uşaq xəstəxanasına aparılıb və yanvarın 18-də orada vəfat edib".

Mərkəzin məlumatına əsasən, meninqokoksemiya xəstəliyindən ölüm faktı bu il ilk dəfə qeydə alınıb. Qeyd olunur ki, Marneuli rayonunda epidemiya təhlükəsi yoxdur.

Marneulinin 8 saylı orta məktəbində isə dezinfeksiya işləri aparılıb və yerli əhaliyə vəziyyətin təhlükəli olmadığı bildirilib.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktor müavini Paata İmnadze deyib ki, meninqokoksemiya diaqnozu ilə ölüm faktı bu il ilk dəfədir qeydə alınıb: "Meninqokoksemiya çox ciddi xəstəlikdir və təəssüf ki, ölümlə nəticələnir. Ötən il səhv etmirəmsə, meninqokoksemiya xəstəliyi ilə bağlı 10-na yaxın fakt olub. Bu, çox nadir xəstəlikdir. Meninqitdən fərqli olaraq, xəstəliyə meninqokoksemiya səbəb olursa, bu, çox ağır nəticələnir".

Qeyd edək ki, Y. Talıbovun ölüm səbəbi naməlum qaldığından Marneuli sakinləri onun epidemik xəstəlikdən dünyasını dəyişdiyini zənn edirdilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1930   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 202
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 729
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 116
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 340
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 256
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 648
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 277
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 566
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 305