"Bacımı istədi, atamın goruna söydü, dözmədim..." – Azərbaycanda

"Bacımı istədi, atamın goruna söydü, dözmədim..." – AzərbaycandaBakının Lökbatan qəsəbəsində 1992-ci il təvəllüdlü Osman Abdullayev odlu silahla öldürülüb.

Cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov həbs ediliblər.

İlkin ehtimala görə, Osman Abdullayev qisas məqsədilə qətlə yetirilib. Həsən və Emin onu hadisədən əvvəl söhbət etməyə çağırıblar. Yasamalın Alatava qəsəbəsəndə görüşən gənclər daha sonra mübahisələrini Lökbatan qəsəbəsində davam etdiriblər.

Emin Həmidovun 10 il əvvəl Osman Abdullayevin qətlə yetirdiyi Turala qohum olduğu bildirilir.

Qətlə yetirilən Osman Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb. O, 2008-ci ildə dostu Tural İbrahimovu öldürüb.

Tural həmin qətl hadisəsindən əvvəl Osmanın bacısı Vəfanı təhqir edərək, dünyasını dəyişmiş atasını söyüb. Bundan qəzəblənən Osman Abdullayev ov bıçağı ilə dostu Turalı bıçaqlayıb. Şəhər xəstəxanasına yerləşdirilən yaralı orada ölüb.

Həmin dövrdə məhkəmədə ifadəsində Osman Abdulayev Tural İbrahimovla dost olduğunu bildirib: "O, bizə gəlib-gedirdi. Bir dəfə eşitdim ki, bacıma evlənmək təklif edib. Bacım ərindən boşanıb. 2 uşaq anasıdır, o isə subay oğlandır. Buna görə biz razı olmadıq. Lakin Tural bizdən əl çəkmirdi. Dəfələrlə bizi təhqir edirdi. Ancaq atamın goruna söyməsinə göz yuma bilmədim".

Yunan-roma güləşi üzrə idman ustalığına namizəd Osman Abdullayev bu əməlinə görə 8 il 6 ay həbs cəzası alıb və həbsxanada yatan gənc bir neçə il əvvəl həbsdən azad edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Mənbə: teleqraf.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1151   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 298
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 149
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 175
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 237
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 174