Qalmaqal: "Bank müdirləri müğənnilərə pul xərcləməkdənsə..."

Qalmaqal: Gənc müğənni Sehri Rəhimova 2 gün əvvəl "YouTube"da yerləşdirərək internet istifadəçilərinin ixtiyarına verdiyi "Geriyə dön" adlı yeni klipini sən demə pulu ödənilmədən rejissordan oğurlayıb. Klipin rejissoru Zöhrab Ağayev ANS PRESS-ə açıqlamasında belə deyib. O, Sehri tərəfindən alçaqcasına aldanıldığını söyləyib: "Klip montajdan oğurlanıb. Sehrinin internetə yerləşdirdiyi klipə baxsanız, özünüz işin natamam olduğunun şahidi olacaqsız. Çünki iş hələ tam montaj olunmayıb, çiy materialdır".

Klipi montaj edən Rəşad Həsənov da xəbəri təsdiqləyib: "Sehrim gəlib mənə dedi ki, ver klipə evdə rahat baxım. Səhər gətirib pulunu Zorikə verərəm. Zorikə nə qədər zəng vurub soruşmaq istəsəm də, telefonu qaldırmadı. Mən də məcbur qalıb klipi diskə yazıb Sehriyə verdim. Əslinə qalsa, Sehri məni yox, Zoriki aldadıb. İşi mənə sifariş verən Zöhrab Ağayevdir. Mən pulumu ondan alacam".

Qəzəbindən dəmir çeynəyən Zöhrab Ağayev isə bütün günahları gənc müğənninin sevgilisində görür: "Onun sevgilisi mənə külli miqdarda pul borcludur. Çünki mənə demişdi ki, sən Sehrini reklam elə, mən sənin hörmətindən çıxacam, pulunu artıqlaması ilə ödəyəcəm. İndi onlar mənə külli miqdarda pul borcludur".

Sehrinin pullu sevgilisinin kimliyini soruşduqda, Zorikin cavabı belə olub: "Rövşən adlı bank müdiridir. Özü də evlidir. Ayıb olsun ona, əlbəttə ki, ailəsini aldadan məni də aldadacaqdı..."
Rövşən adlı şəxsin hansı bankın müdiri olduğunu Zorikdən öyrənmək cəhdimiz boşa çıxıb: "Narahat olmayın, bir-iki günə maqazin proqramlarının birində onun Sehri ilə birlikdə çəkdirdiyi fotolarını efirə verəcəm. Qoy biabır olsunlar. Belə bank müdirləri müğənnilərə pul xərcləməkdənsə, gedib yetim-yesirə əl tutsalar, pis olmazdı. Yerindən duran elə bu cür kişilərin pullarından yararlanmaq üçün müğənni olmaq arzusuna düşür. Nə isə efirdə sözümü deyəcəm".

Zöhrabın qəzəbi yerə-göyə sığmırdı: "Baxmayaraq ki, məni smslə hədələyirlər, ancaq mən heç kimdən qorxmuram. Çünki mən Azərbaycan kimi demokratik respublikada yaşayıram".

Sehrinin telefonları söndürüldüyündən qarşı tərəfin mövqeyini öyrənmək bizə nəsib olmadı. Amma qeyd edək ki, gənc müğənni "Geriyə dön" klipini mətbuata təqdim edərkən klipin rejissoru Zöhrab Ağayevlə aralarının dəyməsinə baxmayaraq minnətdarlığını bildirməyi unutmamışdı.

Sözün düzü, klipi izləyərkən rejissor və montajçının söylədiklərinin həqiqət olduğuna inanmaq olur. Video-çarxın doğrudan da natamam olduğunu görürük. Klipdə nə rejissorun, nə operatorun, nə də mahnının müəlliflərinin adları qeyd olunmayıb. Normalda isə bütün bu qaydalara riayət olunur. Ən azından həm mahnının, həm də ekran işinin müəlliflərin zəhməti belə dəyərləndirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3760   Tarix: 17 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970