Lənkəranda adam öldürən manyak belə SAXLANILDI - VİDEO

Lənkəranda adam öldürən manyak belə SAXLANILDI - VİDEO

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

Tutulan şəxs Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalovdur.

Lənkəran rayon sakinlərini təşvişə salan manyak rayonun Şağlaser kəndində saxlanılıb. Onu tutan şəxslər isə kənd sakinləri olub. Bildirlib ki, Fərrux Zeynalov Xərxatan kəndindəki bir neçə evə daxil olaraq sakinlərə hücum edərək, evə zərər verib. Tutulan manyak Şağlaser kəndində saxlanılsa da özü bu rayona qonaq gəldiyini deyir.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.


unikal.org
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4177 Tarix: 21.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
bigbro
bigbro 22.01.2018
vetenperver senin vetenperverliyine
vetenperver
vetenperver 22.01.2018
Yox polis tapa bilmədi iki gij...laq talış tapdı.


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər