"İnsanların qolları, ayaqları qopmuşdu" - VİDEO

"İnsanların qolları, ayaqları qopmuşdu" - VİDEO

Sizə bəhs edəcəyimiz xanım da 20 yanvar hadisələrinin canlı şahidlərindəndir. Həmin vaxt tibb bacısı işləyən Xuraman Dadaşova dəhşətli gecədə küçədə yaralılalara yardım edənlərdən biri olub. Özü də yaralanan bu xanım həmin gecənin heç vaxt yaddaşından silinməycəyini deyir.

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, Cəlilabad sakini Xuraman Dadaşova 20 yanvar hadisələrinin şahidlərindəndir.

O vaxt respublika xəstəxanasında tibb bacısı kimi çalışırmış. Həmin gecə növbədə olduğunda həmkarları ilə birlikdə insanların atəşə tutulduğu ərazilərə gedərək yaralılara tibbi yardım göstərməyə çalışıb.

Tibbi heyət sözgedən əraziyə çatdıqda artıq azğınlaşmış sovet ordusu xeyli sayda insanı qətlə yetirib. Tibb bacısı deyir ki, tanklar hətta öldürülmüş insanların üzərindən keçərək onları tanınmaz hala salırdı.

Tibb işçilərinin isə nəinki, yaralılara yardım etməsinə imkan verilmirdi, hətta Onlar da güllə boran edilirdi.

Xuraman Dadaşova da həmin gün peşə borcunu yerinə yetirərkən ağır güllə yarası alıb. 7 gullə yarası alan tibb bacısı həmkarları tərəfindən xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində 2 qurup əlil olan Xuraman Dadaşova 20 yanvarı hadisələrini xalqımızın qurur günü hesab edir.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 529 Tarix: 21.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər