Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törətdi: 2 nəfər yaralandı - VİDEO

Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törətdi: 2 nəfər yaralandı - VİDEO

Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

BiG.AZ report-a istinadən xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan "10-ZL-176" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.

Nəticədə "Opel" öncə "90-GE-822" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilə, ardınca isə başqa bir "Opel"ə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.

Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 506 Tarix: 20.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər