Azərbaycanda FACİƏ: Torpağın altında köməksiz qalan Vüqarın yarım saat sonra...

Azərbaycanda FACİƏ: Torpağın altında köməksiz qalan Vüqarın yarım saat sonra...

Göyçay rayonunda tikintidə çalışan fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Alpoud avtomobil yolunun yenidən qurulması işləri zamanı tikinti şirkətində fəhlə işləyən Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Xəlilov Vüqar Yediyar oğlunun üstünə torpaq tökülüb.

Məlumata görə, yolun altından keçən beton su ötürücüsünün inşası zamanı qazıntı işləri aparılıb və qəflətən ərazidə torpaq uçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan Vüqar Xəlilovu yarım saatdan sonra çıxarmaq mümkün olub. Lakin xəstəxanaya aparılarkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2551 Tarix: 20.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər