Hər kəsin tanıdığı azərbaycanlı məşhur VƏFAT ETDİ - FOTO

Hər kəsin tanıdığı azərbaycanlı məşhur VƏFAT ETDİ - FOTO

Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında bu gün Moskvada dünyasını dəyişib.

Mərhum yanvarın 21-də Moskvanın Perepeçinsk qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Oleq Məmmədov 1951-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu olan Oleq Məmmədov 40 ildən çox jurnalistika sahəsində çalışıb. O, 1968-78-ci illərdə "Molodyoj Azerbaydjana" qəzetində faəliyyət göstərib. O. Məmmədov 1989-91-ci illərdə "Komsomolskaya pravda" qəzetinin xarici ölkələrdə xüsusi müxbiri olub.

Onun fəaliyyətinin bir hissəsi Rusiyadakı Azərbaycan diasporunun mətbuat orqanları ilə bağlı olub. Belə ki, O. Məmmədov 2000-2005-ci illərdə "Azərros" qəzetinin baş redaktoru, son vaxtlara qədər isə Ümumrusiya Azərbaycan Konqressinin mətbuat orqanı olan "Azərbaycan Konqressi" qəzetində redaktor kimi çalışıb.

Hər kəsin tanıdığı azərbaycanlı məşhur VƏFAT ETDİ - FOTO
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7185 Tarix: 20.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_MATiLLA_
_MATiLLA_ 20.01.2018
Bugün dədəmin xalası qızının 40ı idi xalası oğlu rəhmətə getdi:(((
Allah rəhmət eləsin


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər