"Fədayə Laçının atası imkanlı şəxsdir, kirayədə yaşamırlar" - Şəbnəm Tovuzlu yalanı İFŞA ET

"Fədayə Laçının atası imkanlı şəxsdir, kirayədə yaşamırlar" - Şəbnəm Tovuzlu yalanı İFŞA ET

"Fədayə Laçının ailəsi kirayə yaşamır. Fədayənin öz evi də var, anasının da, bacısının da. Onun atası bilirsiniz necə imkanlı şəxsdir?".

BiG.AZ xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu bildirib.

Ş.Tovuzlunun sözlərinə görə, Fədayə Laçının ailəsinin həmişə sürücüsü olub:

"Çox imkanlı, yaxşı ailəsi var Fədayənin. Həyat elə gətirdi ki, taleyi elə oldu. Bilirəm o kövrək qızdır. Ziyarətinə getməmişəm, həyat yoldaşım icazə vermir. Amma bilirəm ki, getsəm də əlimdən bir şey gəlməyəcək. Allah qapısını açsın. Onun üçün əlimdən xeyirxahlıq, kömək gələrsə, əsirgəmərəm".

Xatırladaq ki, müğənni Manaf Ağayev "Hər şey daxil" verilişində qonaq olarkən həbsdə olan müğənni Fədayə Laçınla bağlı açıqlama verib. Onun ailəsinin kirayədə qaldığını və maddi cəhətdən əziyyət çəkdiyini bildirib. Həmçinin müğənninin vəkili yerli saytlardan birinə açıqlamasında həbsdə olan müğənninin ailəsinin maddi durumunun ağır olduğunu, ailəsinin kirayədə yaşadığını, maddi durumları çox ağır olduğunu, hətta kommunal xərcləri belə ödəyə bilmədiyini dilə gətirib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5001 Tarix: 19.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər