Rafael Cəbrayılov: "Ermənistan "status-kvo"nu qoruyub saxlamağa çalışır"

Rafael Cəbrayılov: "Ermənistan "status-kvo"nu qoruyub saxlamağa çalışır""Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Qarabağ problemi ilə bağlı görüşü gözlənilən kimi nəticəsiz oldu".

Bunu BiG.AZ-a açıqlamasında deputat Rafael Cəbrayılov deyib.

Rafael Cəbrayılov qeyd edib ki, görüşün nəticəsiz olması gözlənilən idi: "Ermənistanın əsas məqsədi Qarabağ münaqişəsi ilə bağlı "status-kvo"nun qorunub saxlanılmasıdır. Düzdür onların Qarabağı müstəqil dövlət kimi görmək və sonradan özünə birləşdirmək kimi xam xəyalları da var. Dünyada belə bir president yoxdur. Çünki bu dunya birliyinin mənafeyinə uyğun deyil. Əgər belə olsa bir çox xalqlar özünün unitar dövlətini yaratmaq istəyəcək. Ermənistan bu arzusunu Rusiyanın son illər qonşu dövlətlərə qarşı etdiyi hərəkətlərə uyğunlaşdırmaq istəyir. Amma Ermənsitan nəzərindən qaçırır ki, Rusiya fövqəl dövlətdir, imperyadır. Rusiya imkan verməz ki, özünün etdiyini Ermənistan da təkrarlasın. Ermənistan belə xam xəyala qapanıb "status-kvo"nu qoruyub saxlamaq istəyir. Ona görə də mən bu danışıqlardan müsbət nəticə gözləmirdim.

Rafael Cəbrayılov vurğulayıb ki, zaman bizim xeyirimizə işləyir: "Bir neçə il bundan qabaq ki, danışıqların gedişinə, dünyada qüvvələr balansının dəyişməsinə, dabandabana zidd hadisələrin baş verməsinə, İslam ölkələrinin güclənməsi və türk dünyasının monolitləşməsi istiqamətində atılan addımlara nəzər salsaq görərik ki, zaman şərq dövlətlərinin xeyrinə işləyir. Azərbaycanın hərbi-siyasi cəhətdən güclənməsi, regionda söz sahibinə çevrilməsi təxminən 10 il bundan əvvəlki vaxtla müqayisədə çox böyük irələyişdir. Amma bunu Ermənistan haqqında demək olmaz. Ermənistan elə güman edir ki, Rusiyanın etdiklərini təkrarlaya bilər. Zaman Ermənistanın əsil simasını ortaya çıxaracaq. Bütün dünya bunu anlayacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması heç də uzaq deyil. Əgər son hadisələrə nəzər salsaq görərik ki, dünyada Azərbaycanın və türk dünyasının xeyrinə addımlar atılır.Hesab edirəm ki, tezliklə Azərbaycan işğalda olan torpaqlarını azad edəcək".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı

17.04.2024 334
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

09:51 414
.

Avtomobil qəzasında ölən məşhurlar - FOTOLAR

Hər il avtomobil qəzasında kifayət qədər şəxs dünyasını dəyişir. BİG.az yol qəzası zamanı ölən məşhurların siyahısını təqdim edir:. Müğənni Aslan Hüseynov 2021-ci ildə "Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkə

17.04.2024 945
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 158
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1532
.

Ağır qəza keçirən Aytən Səfərovanın səhhəti ilə bağlı TƏBİB-dən açıqlama

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə -a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əlavə məlumat veriləcək

17.04.2024 1418
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17.04.2024 1032
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

12:40 216
.

"Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"

17.04.2024 1997