Azərbaycanda karyera quran qadının uğurlu ailəsi ola bilərmi? ARAŞDIRMA

Azərbaycanda karyera quran qadının uğurlu ailəsi ola bilərmi? ARAŞDIRMASorğu aparsaq görərik ki, demək olar hər üç xanımdan ikisi uğurlu karyeraya sahib olmaq arzusundadır. Və hər üç xanımdan biri bunu özünə arzu olaraq deyil, məqsəd olaraq seçir. Xüsusən də, gənc xanımlar xoşbəxt ailəyə sahib olmaqdan çox, gələcəyi üçün mükəmməl karyera qurmaq arzusundadırlar. Ancaq cəmiyyətimizi düşündürən bir sual var: Gözəl karyeraya sahib olan qadın eyni zamanda mükəmməl ailəyə də sahib ola bilərmi? Əgər qadın zamanın çox hissəsini ailəsinə deyil, iş həyatına həsr edirsə o zaman hansı "mükəmməl" ailədən söhbət gedə bilər? Sirr deyil ki, qadın bu arzusunu reallaşdıra bildiyi zaman yalnız iş həyatını düşünür, yeni planlar, yeni iş əməliyyatları, yeni struktur, qısası rolu dildə desək, bütün fikri, zikri yalnız işlə bağlı olur. Bəs ailə? Eyni anda həm kareyanın, həm ailənin öhdəsindən gəlmək mümkündürmü? Əlbəttə, çətin də olsa qadın bunu da bacara bilər. Yaşadığımız reallıqda az da olsa bu cür qadınlara rast gəlmək mümkündü. Gözəl iş quran qadının niyə də gözəl ailəsi olmasın?! Bəlkə problem sadəcə kişilərdədir, bəlkə həmən o kişilər yanlarında güclü qadın görməkdən qorxurlar?

BiG.AZ saytı bununla bağlı araşdırma aparıb.

Azərbaycanda karyera quran qadının uğurlu ailəsi ola bilərmi? ARAŞDIRMAAzərbaycan Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva vurğulayıb ki, iş günün çox vaxtını alır. "Bu da ailə ilə uzlaşmada çətinlik yaradır. Amma o demək deyil ki, ailə ilə işi bir yerdə yürütmək olmaz. Uzlaşdırmaq istəyəndə niyə də olmasın. Çətin olsa da mümkündür. Əlbəttə, bir az fədakarlıq etmək lazımdır. Həm işdə, həm də evdə hər şeyin yolunda olması insandan daha çox zəhmət tələb edir".

Azərbaycanda karyera quran qadının uğurlu ailəsi ola bilərmi? ARAŞDIRMAQafqazinfo saytının əməkdaşı, jurnalist Nigar Məmmədli bildirib ki, işləyən qadın hər zaman rejimdə və səliqədə olur: "Həm işini dəm də ailəsini idarə edən kifayət qədər qadınlarımız var. Şəxsən mən də işgüzar xanım kimi həm ailəmi, həm də işimi idarə edirəm. Əgər onlardan bir olmasa özümü yarımçıq hiss edərəm. Həm ailəmdə, həm də işimdə üzərimə düşən məsuliyyəti dərk edib öhdəsindən gələ bilmək məni xoşbəxt edir. Mən on bir ildir ki, ailəliyəm. Eyni zaman da 15 ildir ki, işləyirəm. Üç övladım var. Övladımın ikisi məktəbə, biri isə baxçaya gedir. Hər gün səhər saat 6-da oyanıram. Mənim üçün ailəm və işim eyni pillədədir. İşim və ailəm üçün üzərimə aldığım öhdəliyi yerinə yetirəndə xoşbəxt oluram. Tezdən tələsdiyim işimin, axşam da ailəmin olması məni xoşbəxt edir. Düşünürəm ki, işləyən qadınlar daha səliqəli, hər işləri qaydasında olur. Düzdür, fiziki cəhətdən çox yorulsam da üzərimə düşən bu məsuliyyətlərdən zövq alıram. Hər ikisini bir arada necə çatdırdığıma gəlincə, mən artıq illərdir həyatımı rejim üzərində qurmuşam. Hər işimi planla etməyə çalışıram".

Azərbaycanda karyera quran qadının uğurlu ailəsi ola bilərmi? ARAŞDIRMABDU-nun "Bakı Universiteti" qəzetinin redaktoru Anzulə Əmirova söyləyib ki, təəssüflər olsun ki, bəzi insanlar işləyən qadınların həm də nümunəvi ana ola biləcəklərini qəbul etmək istəmirlər: "Bəziləri hətta həyat yoldaşlarını, bacılarını sosial şəbəkələrdə fikirlər bildirmələrinə etiraz edərək qadının hüquqlarına birbaşa müdaxilə edirlər. Qadın həm işində uğurlu ola bilər, həm sosial şəbəkələrdə gördüyü işləri təbliğ edə, cəmiyyətdə baş verən proseslərə laqeyd olmayaraq öz fikirlərini bildirə, eyni zamanda ən nümunəvi ana ola bilər. Əgər qadın işləyirsə, fəaldırsa bu o demək deyil ki , o, mənəvi dəyərlərə önəm vermir. Bu cür yanaşma kökündən səhv və cahil düşüncəyə məxsusdur. Savadlı qadın ailə dəyərinə ən az evdar qadın qədər önəm verir".

Anzulə Əmirova qeyd edib ki, 10 ildən artıqdır ki, ailəlidir və üç övladı var. "Şükürlər olsun ki, onların təlim-tərbiyələrinə qarşı da kifayət qədər həssasam və inkişaf edib cəmiyyətə yararlı fərd olmaları üçün əlimdən gələn istiqaməti verməyə çalışıram".

Azərbaycanda karyera quran qadının uğurlu ailəsi ola bilərmi? ARAŞDIRMALalə Mehralı "Sağlam Cəmiyyət" İB-nin sədri vurğulayıb ki, hazırda qadınlar, istər ailə büdcəsinə kömək etmək məqsədi ilə, istərsə də həyat standartlarını yüksəltmək, peşə sevgisi, cəmiyyətdə yer qazanmaq və s. kimi bir sıra səbəblərdən işləmək istəyirlər: " Amma çox vaxt bu istəklərinin qarşısında "olmaz!" səddini görürlər. Ya atası, ya həyat yoldaşı izn vermir. Ümumiyyətlə, normal cəmiyyətlərdə qadının işləməsi və ya işləməməsi kimi bir problem olmamalıdır. Əgər qadın da kişi kimi insandırsa, bərabər hüquqlara malikdirsə demək ki, işləməsində, ailə büdcəsinə xeyir verməsində heç bir problem yoxdur. Üstəlik konkret olaraq bizim cəmiyyəti götürsək bizim qadınlar adətən "kefindən" işləmir. Qadın və karyera mövzusunu sırf Azərbaycan üçün müzakirə etsək, mənim fikrimcə, bizim karyera quran qadınlarımız da az deyil. Hər addımbaşı rast gəlirik belə xanımlara. Elə biri bizim sahə - jurnalistikada xeyli qadın var, çoxu da ailəli. Qadın işini ön plana salırsa, ailəsini arxa plana keçirirsə, bu normaldırmı? Ailəsini ikinci plana salan, uşağını dayələrə əmanət edən qadın karyera quracaq, amma karyeranın zirvəsinə çıxanda yanındakılara və əlindəkilərə baxanda peşman olacaq. Çünki onun yaxşı ailəsindən, övladından başqa hər şeyi olacaq. Bəs ailəsini seçən, könüllü və ya məcburi şəkildə işindən uzaqlaşan qadınlarımız azdırmı? Əlbəttə ki, yox.

Bu normaldır, qadın ana olur, övladına baxır, ona süd verir və bu müddətdə işindən uzaq qalır. Çünki onun bu dövrdə ən mühüm işi övladına qulluq etmək, onu sağlam böyütməkdir. Amma ömrünü dörd divar arasında keçirmək də doğru deyil, övladını böyütdükdən sonra işinə qayıda bilər, həm normal ailəsi, həm də normal karyerası ola bilər. Soruşa bilərsiniz ki, həm ana, həm ev qadını, həm həyat yoldaşı, həm də karyera qura bilən qadın olmaq olarmı? Əlbəttə olar. Bu gün kifayət qədər qadın var ki, həm normal ailəsi, həm də olduqca parlaq iş həyatı var. Həm övladına analıq edir, həm işində bacarıqlıdır. Həm həyat yoldaşının qayğısını çəkir, həm də ondan dəstək alır. Xoşbəxtlikdən mən də bu sırada olan qadınlardanam və işimi heç vaxt ailəmdən üstün hesab etməmişəm, bunu görən və qiymətləndirən həyat yoldaşım həmişə mənə işimdə dəstək olub, bu əldə etdiyim bütün uğurlarda onun rolu əvəzsizdir. Qadın və karyera – ikisi bir arada mümkündür, mümkün olanı bacarmaq çətin deyil".

Azərbaycanda karyera quran qadının uğurlu ailəsi ola bilərmi? ARAŞDIRMABiG.AZ-a açıqlama verən psixoloq Könül Telmanqızı bildirib ki, işgüzar xanımın dünyagörüşü, həyata baxışı, özünə yanaşması evdar xanımdan daha fərqli olur: "Evdar qadınlar xarici görünüşləri ilə bağlı məsələlərə adi baxırlarsa işgüzar xanımlar çalışırlar ki, hər zaman formada olsunlar. Psixoloji yanaşmada, enerjinin tükənməsində də fərq olur. İşgüzar xanımlar gün ərzində bir neçə iş gördüyündən onlarda enerji daha çox yüksək olur. Hər dəfə də fəaliyyət göstərdikləri zaman xanımlarımız özünü güclü hiss edirlər. Əlbəttə bu zaman işgüzar xanımlar bu enerji yüksəkliyini ailələrinə də təcəsüm etdirilər. Qadın əgər ruhi enerjisini beynində formalaşdıra bilirsə ailəsində heç bir problem yaşamır. Əgər qadın planını düzgün qurarsa ailə ilə işini stabil apara bilər. Düzdü elə qadınlarımız var ki, bu bölgünü düzgün apara bilmir. Beynində o qədər neqativ yüklənmələr olur ki, qadın yorulmağa, gərginləşməyə başlayır. Belə olduqda da uşağı və həyat yoldaşı ilə məşiət problemlərini yoluna qoya bilmir. Əlbəttə bu zaman qadınlarda özgüvən problem başlayır. Ətrafızda belə qadınlar çoxdur. Onlar problemlərdən uzağa qaçmağa çalışırlar. Bunun səbəbi də beynin yorğunluğudur. İşdə, evdə neqativlər yüklənir. Bu yüklənmə də qadınları yorur. Bəzən işgüzar qadınlarımız övladlarını başqa xanımlara həvalə edir. Bu da əlbəttə ana və övlad arasında soyuqluğa səbəb olur. Bizə müraciət edən işgüzar xanımlarımız deyirlər ki, övladıma kifayyət qədər vaxt ayıra bilmirəm. Biz də söyləyirik ki, əgər siz yarım saatınızı telefona həsr edə bilirsinizsə həmin vaxtı övladınızla məşğul olun. Uşağa yarım saat baxmaqla sizdən ayrı qaldığı saatların sevgisini ötürə bilərsiniz. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi normal böyütməliyik. Hər bir işgüzar və evdar xanım ilk öncə evinin içini tərbiyələndirməlidir. Təməli normal qoymalıdır".

Psixoloq onu da vurğulayıb ki, karyeralarına görə ailə qurmağı gecikdirən xanımlarımız da var: "İnsan 3 dəqiqədən sonra başına nə gələcək bilmir. Qadınlarda yaş həddi var. O yaş həddi keçəndə sinir boşluğu yaradır. Ətrafdan neqativləri o qədər beyinlərinə yükləyirlər ki, sonra bundan çıxa bilmirlər. Belə olduqda da övladlarına düzgün tərbiyyə edə bilmirlər. Uşaqların ağlamağına belə sərt cavab verirlər. O yaşda evlənməliyik ki, xoşbəxt ailə simvolunu qura bilək".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1625   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995