Azərbaycanda övladlığa götürmə necə həyata keçirilir?

Azərbaycanda övladlığa götürmə necə həyata keçirilir?"Ekspress" qəzeti yazır ki, hamı ailə qurduqdan sonra övlad arzusu ilə yaşayır, onun dünyaya gəlməsini, ilk addımlarını, ilk sözlərini xəyal edir. Lakin hamıya valideyn olmaq qismət olmur. Övladı olmayan ailələrin taleyi isə çox zaman boşanma ilə nəticələnir. Bəzi insanlar isə ailənin dağılmaması üçün müxtəlif yollara əl atır. Bəziləri qohumlarının uşağını övladlığa götürür, bəziləri isə övladlığa uşaq götürmək üçün dövlət qurumlarına müraciət edir. Amma bu proses o qədər də asan başa gəlmir.

Uşaq QHT Alyansının sədri Nazir Quliyevin sözlərinə görə, övladlığa götürmə bütün dünyada ən məsuliyyətli və çətin məsələlərdən biridir. Elə məhz bu səbəbdən bu proses məhkəmə yolu ilə həyata keçirilir. Dünya təcrübəsində uşaqların ailə mühitinə yaxın bir mühitdə yaşaması üçün onların övladlığa və qəyyumluğa verilməsi önəmli məsələlərdən biridir. Araşdırmalar nəticəsində məlum olub ki, övladlığa, qəyyumluğa və himayəyə verilməyən uşaqlar müəssisələrə düşür və ailə mühitindən kənar yaşayırlar.

"Azərbaycanda övladlığa götürmə üçün öncə valideynlər yaşadığı ərazi üzrə icra hakimiyyətinə müraciət edərək özü haqqında, sağlamlığı, gəlirləri haqqında məlumat verməlidir. Bütün sənədlər təqdim olunduqdan sonra icra orqanı ailənin qiymətləndirməsini aparır və ilkin rəy təqdim edir. 3 yaşına kimi uşaqlar Səhiyyə Nazirliyi, 3-18 yaşlı uşaqlar isə Təhsil Nazirliyi tərəfindən ailələrə təklif edilir. Ailə uşaqla ünsiyyət qurur, problem yaranmadığı təqdirdə məhkəməyə müraciət edilir. Məhkəmə tərəflərin hüquqlarını nəzərə alaraq, övladlığa götürmə haqqında qərar qəbul edir".

N.Quliyev bildirir ki, ölkədə uşaqların övladlığa verilməsi məhkəmə ilə uşaq övladlığa verildikdən sonra başa çatır. Övladlığa verilən uşağın sonrakı taleyi qiymətləndirilmir, yəni uşağın ailədəki vəziyyəti monitorinq edilmir. Müsahibim isə hesab edir ki, övladlığa verilən uşaqların sonrakı taleyinin monitorinqinin aparılmaması onun həyatını risk altında buraxır. "İnkişaf etmiş ölkələrdə övladlığa verilən uşaqların taleyi hər zaman monitoriq edilir. Bu monitorinq sistemi uşağın həyatı üzərində nəzarət mexanizmi formalaşdırır. Azərbaycanda isə uşaq müdafiə sistemində böyük problemlər var. Hesab edirəm ki, övladlığa götürülən uşaqların həyatına monitorinq sistemi yaradılmalıdır".

Azərbaycanda ailələr azyaşlı uşaqları övladlığa götürmək istəyirlər ki, bu da öz növbəsində müəyyən problemlərə yol açır. N.Quliyevin sözlərinə görə, valideynlər 3 yaşına qədər uşaqları övladlığa götürmək istəyirlər və bu yaşda uşaqların sayı çox azdır. "Bəzən deyirlər ki, internatlar azyaşlı uşaqlarla doludur, niyə bu uşaqlar övladlığa verilmir. Çünki bu uşaqların bir çoxunun sənəd üzərində valideynləri var. İnternat evlərinin nümunəvi əsasnaməsinə əsasən valideynlər həmin uşaqlarla 6 ay müddətində ünsiyyətdə olmursa, onların təlim-tərbiyəsində iştirak etmirsə, internat müəssisələri məhkəmələrdə həmin valideynlərin valideynlik hüququndan məhrum edilməsi barədə iddia qaldıra bilər. Çox zaman internat evlərində bu baş vermədiyi üçün kiçikyaşlı uşaqların sənəd üzərində valideyni olmuş olur. Böyük uşaqları isə ailələr övladlığa götürmək istəmirlər".

Əcnəbilərə uşaq verilməsi ilə Ailə, Qadın və Uşaq komitəsi məşğul olur. N.Quliyevin sözlərinə görə, son dövrlərdə əcnəbilərə övladlığa uşaq verilmir. "Əcnəbilərə ancaq sağlamlıq problemləri olan, əlil, ailələrin götürmək istəmədikləri uşaqlar verilir. Bu uşaqların da sonrakı taleyi ilə maraqlanma mexanizmi yoxdur".

Hüquq müdafiəçisi Elçin Ağayevin sözlərinə görə, övladlığa götürmə "Uşaq hüquqları haqqında" qanunun 32 -ci, Ailə Məcəlləsinin 117-ci maddələri ilə tənzimlənir. Övladlığa götürmə üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, qısa tərcümeyi-hal, övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış, ümumi səhhəti barədə tibbi arayış, yaşayış sahəsi barədə məlumat, ailə vəziyyəti barədə məlumatlar, iş yeri, əmək haqqı və başqa gəlirləri haqqında məlumat, övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri yerli icra hakimiyyəti orqanına təqdim edilir.

"Ümumiyyətlə Ailə Məcəlləsinin 120-ci maddəsinə görə, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. Ancaq məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş, səhhətinə görə valideynlik vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər. Onu da deyək ki, övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi 16 yaşdan az olmamalıdır".

Nazirlər Kabinetinin qərarına əsasən vərəm (aktiv və xroniki) - lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri - dekompensasiya mərhələsində olan xəstələr, bədxassəli onkoloji xəstəliklər - lokalizasiyadan asılı olmayaraq,narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm,infeksion xəstəliklər - dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr, ruhi xəstəliklər - müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər olduğu halda şəxslərə övladlığa uşaq verilmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4745   Tarix: 16 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580