"Xəyalə sanki onu öldürəcəyimi bilirdi, çölə çıxmırdı"

"Xəyalə sanki onu öldürəcəyimi bilirdi, çölə çıxmırdı"Keçmiş arvadını 17 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxundu

Ramil Şükürov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməkdə ittiham edilən Ramil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Ramil Şükürovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ölən şəxsin nümayəndəsi isə Ramil Şükürovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Son sözlə çıxış edən Ramil Şükürov çıxışında hökm çıxarılarkən hadisəni namus üstündə törətdiyini və 4 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edib.
Hakimlər kollegiyasının hökmü ilə Ramil Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.

R.Şükürov qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, məhkəmə istintaqı zamanı Ramil Şükürov ona qarşı verilən ittihamlar üzrə özünü təqsirli bilib.

1982-ci il təvəllüdlü Ramil Şükürov ifadəsində deyib ki, bir dəfə evdə yatan zaman telefonu yoxa çıxıb: "Həmin gün işə çıxmamışdım. Evdə yatmışdım, bu vaxt qapının açıldığını eşitdim, yuxudan ayıldım. Telefona baxmaq istədim ki, görüm kimsə zəng edibmi? Telefonumu tapa bilmədim. Xəyaləni səslədim. Gördüm, evdə yoxdur. Onda bildim ki, Xəyalə telefonumu götürüb. Evdən çölə çıxdım. Qonşunun telefonu ilə öz nömrəmə zəng elədim. Gördüm, məşğuldadır. Təxminən 40-45 dəqiqə dayanmadan öz nömrəmə zəng elədim, baxdım, yenə məşğuldadır. Uşaqları qonşudan çıxanda gördüm. Onlara analarını tapmalarını dedim. Bir müddət sonra Xəyalə qonşuluqda yaşayan ailəli qızla evə gəldi. Qız bir az oturdu. Bu vaxt Xəyalədən heç nə soruşmadım. Bir-iki saat keçdi, qonşu evə getdi. Onda Xəyaləni çağırdım. Ondan harada olduğunu və telefonumla kimlə danışdığını soruşdum. Xəyalə dedi, telefonla o yox, qonşunun qızı danışıb. Bu zaman özümdən çıxdım. Xəyaləyə dedim ki, gedib o qızdan soruşacam. O isə bunun ayıb olduğunu, qıza heç nə deməməyimi xahiş elədi".

"Xəyaləni götürüb evə gəldim, başladım, onu döyməyə"

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün arvadını bərk döyüb: "İçim içimi yeyirdi. Nədənsə Xəyaləyə inanmağım gəlmirdi. Xəyaləni də götürüb, həmin qonşuya getdim. Qızdan mənim telefonumla danışıb, danışmadığını soruşdum. Qız isə belə bir halın baş vermədiyini, mənim telefonumla heç kimlə danışmadığını dedi. Xəyaləni götürüb evə gəldim. Başladım, onu döyməyə. Başına yumruqla zərbələr vurdum. Bir az keçdi, yenidən kimlə danışdığını soruşdum. Yenə inkar elədi, qardaşı Ruslana zəng elədim. Ruslan evə gəldi. Məsələni ona nəql elədim. Ruslan telefonumu götürüb, həmin vaxtı hansı nömrələrə zəng getdiyinə baxdı. Bir nömrə tapdıq. Zəng elədik, həmin nömrəyə zəng çatmadı. Qardaşı ilə birlikdə "Bakcell"ə getdik. Orda bizə dedilər, nömrə işləkdir, sadəcə koda qoyulub. Evə qayıtdıq, Xəyaləni yenə döydüm. Bundan sonra onun atası Kamil gəldi. Qızını gördü. Mənə dedi ki, Xəyaləni həkimə aparacaq, müalicə etdirib, qaytarıb evə gətirəcək"
"Xəyalə sanki onu öldürəcəyimi bilirdi, çölə çıxmırdı"

R.Şükürov deyib ki, 3-4 gün keçəndən sonra atasıgilə gedib: "Qapını döydüm, açmadılar. Bir müddət sonra atası çölə çıxdı. Mənə qızı verməyəcəyini dedi, bir də qapıya gəlməməyimi tapşırdı. Lakin mən Xəyalənin xəyanətini bağışlaya bilməzdim. Onu öldürmək istəyirdim, ona görə də Xəyalə ilə telefonla danışıb evə qayıtmasını istəyirdim. Məqsədim onu öldürmək olub. Lakin Xəyalə evə qayıtmadı. Öz-özlüyümə and içdim ki, Xəyaləni harada görsəm, öldürəcəm. Üstündən bir il keçdi, Xəyalə sanki onu öldürəcəyimi bilirdi, çölə çıxmırdı".
Təqsirləndirilən deyib ki, bir gün ona Sumqayıt şəhər Məhkəməsindən zəng gəlib və özünü məhkəmənin icra şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs bildirib ki, Xəyalə onu alimentlə bağlı məhkəməyə verib. "Məhkəmə də aliment kimi aylıq 400 manatdan çox pul kəsib. İcraçıya dedim ki, imkanım yoxdur. O qədər məbləğdə pul verə bilməyəcəm. Əslində, pulum olsaydı da ödəmək fikrim yox idi. Çünki Xəyaləni öldürmək niyyətindən əl çəkməmişdim. Gecələr yuxularım qarışırdı, onun xəyanətini həzm edə bilmirdim. Onu harada görsəydim, öldürəcəkdim".

"Heç bilmirdim, Xəyalə ölüb, ya yox…"

R. Şükürov qeyd edib ki, hadisə günü Corat qəsəbəsində keçmiş həyat yoldaşını görüb: "Maşınla keçirdim, Xəyalənin mağazaya girdiyini gördüm. Fikirləşdim ki, həmin gün gəlib çatıb. Tez evə gedib, mətbəx bıçağı götürdüm. Maşını sürüb, Xəyalənin atasının evinin qabağına gəldim. Uzaqdan gördüm ki, Xəyalə gəlir. Həmin vaxt gözümü qan bürümüşdü. Bu zaman Xəyalənin anası Elzanın səsini eşitdim. O, qızına "qorxma, qələt edir" dedi. Mən də "düz deyirsən, məndən niyə qorxasan ki?" dedim. Gözümü o qədər qan bürümüşdü ki, heç Elzanın üzünü görmürdüm. Ancaq qulağıma səsi gəlirdi. Xəyaləyə tərəf iri addımlarla getdim, şalvarımın dalından bıçağı çıxartdım. Bıçaqla ona dəfələrlə zərbə vurdum. Lakin neçə dəfə vurduğumu, hansı yerindən vurduğumu xatırlamıram. Onu öldürdüyümə əmin də ola bilmədim. Çünki özümdə deyildim, oradan necə getdiyimi, haralarda olduğumu bilmirəm. Heç bilmirdim, Xəyalə ölüb, ya yox…"

Məhkəmədə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin azyaşlı övladları isə R.Şükürovun yalan danışdığını, analarına şər atdığını deyiblər.
Qeyd edək ki, hadisə bu il Sumqayıt şəhəri Corat qəsəbəsində baş verib. Ramil Şükürov mübahisə zəminində keçmiş həyat yoldaşına Xəyalə Şükürovaya 17 bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qətlə yetirib.

mənbə: bizimyol.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1568   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585