Hollivud aktrisası ləzginka oynadı - VİDEO

Hollivud aktrisası ləzginka oynadı - VİDEO

ABŞ-da yaşayan azərbaycanlı rəssam və jurnalist Royal Paşayev yeni videosu ilə gündəmə gəlib.

BiG.AZ a24.az istinadən xəbər verir ki, onun hazırladığı videoda Hollivudu fəth etmiş dünya şöhrətli ispaniyalı aktrisa Penelopa Kruz ləzginkanın sədaları altında rəqs edib.

R.Paşayev sözügedən videonu videohostinq “Coub”a yerləşdirib.

Qeyd edək ki, P.Kruzun rəqs etdiyi video rol aldığı “Noel” filmindəndir.

Məlumat üçün bildirək ki, R.Paşayev “Maqdalena” adlı art-layihəsi ilə gündəmə gəlmişdi.

O, hazırda ABŞ-ın Texas ştatının Ostin şəhərində yaşayır və Amerikanın bir neçə şəhərində sərgilərə hazırlaşır.

http://coub.com/view/124tc0
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1390 Tarix: 18.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər