Kosmetik vasitələrin zərərləri - AÇIQLAMA - VİDEO

Kosmetik vasitələrin zərərləri - AÇIQLAMA - VİDEO"Əgər bir qadın kosmetikadan istifadə etmirsə, deməli o, özündən çox razıdır".

Koko Şanel belə hesab edirdi. Hələ qədim dövrlərdən qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atıblar. Bu istiqamətdə müasir dövrün xanımları öz əcdadlarından qat-qat qabağa gediblər deyə bilərik. Günümüzdə müxtəlif adda yüzlərlə kosmetik vasitə istehsal olunur və satışa çıxarılır.

ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Kosmetika alarkən qiymətə üstünlük verirsiz, ya keyfiyyətə?

Sakin: "Keyfiyyətə. Az-çox zərərlərini bilirəm. Dəridə müəyyən fəsadlar yaradır".

Sakin: "Allergiya verir, adamda narahatçılıq yaradır. Keyfiyyətli kosmetika isə həmişə yaxşıdır".

Sakin: "Kosmetikadan çox istifadə etmirəm. Amma təbii ki, 5 manatlq kosmetika fəsadlar törədəcək. Dəridə səpgilər yaradır".

Təbii ki, keyfiyyətə verilən önəm qiyməti üstələməlidir, lakin ucuz kosmetik vasitələrdən istifadə edənlər də az deyil. Burada bir məqama aydınlıq gətirək. Normal makiyaj edən xanım gün ərzində 515 kimyəvi maddənin təsirinə məruz qalır. Bu maaddələr dodaq, dırnaq, saç boyalarının, tonal kremlərin, ətirlərin vasitəsi ilə insanın bədəninə hopur. Məsələn, adi dodaq boyasında 26, dırnaq boyasının tərkibində isə 31 adda kimyəvi maddə mövcuddur. Ətirlərdə isə bu rəqəm 250-dək arta bilir. O səbəbdən də kosmetikadan istifadə edərkən diqqətli olmaq lazımdır.

Zita Atakişiyeva – Kosmetoloq: "Bəzi qızlar 15 yaşından sonra kosmetikadan istifadə edir. Problem olandan sonra problem, bu vasitə ilə aradan götürürlər. Amma sırf kosmetikanı hansısa problemi aradan götürmək üçün istifadə etmək düz deyil".

Belə olan halda keyfiyytəsiz və saxta kosmetikaların insan orqamizminə göstərdiyi təsiri iki-üç dəfə artır deməkdir. İstifadə müddəti başa çatmış kosmetik vasitələr də təhlükə saçır.

Hazırda Respublika ərazisində satışı aparılan kosmetik vasitələrin 50 faizi keyfiyyətsiz hesab olunur. Saxta məhsullar ölkəyə ən çox Dubay, Türkiyə, İran, Çin və Hindistandan gətirilir.

Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Bəli, baxımlı olmaq vacibdir, amma bir məqamı unutmamaq şərti ilə. Çalışaq ki, 10-nundan 9-zunun zahiri olduğu gözəllik, bizi sağlamlığımızdan etməsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1130   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988