Tolstoy barədə ən maraqlı faktlar - Zifaf gecəsindən sonrakı qeydi

Tolstoy barədə ən maraqlı faktlar - Zifaf gecəsindən sonrakı qeydiArtıq bir əsrdən çoxdur ki, qüdrətli ədib Lev Tolstoy dünyadan köçüb. Lakin onun şəxsi həyatı ətrafında tüğyan edən şaiyələr hələ də səngimək bilmir. Kimisi Levi öz evində dustaq sayır, kimisi yaradıcı ruhunu anlamayan həyat yoldaşının onu dünyadan küsdürdüyünü düşünür. Əslində isə hər şey göründüyündən də mürəkkəbdir.

Bütün nəhənglər kimi Lev Tolstoyun da olduqca çətin xarakteri vardı. Onun bu ərköyünlüyünə ən çox dözən isə həyat yoldaşı Sonya idi. Tolstoy hesab edirdi ki, ideal ər-arvad ünsiyyətini məktulaşma yolu ilə saxlamaq mümkündür. Sonya isə söhbətləşmədən, bir-birinin səsini, hərarətini duymadan, yaşamağın mənasız olduğunu düşünürdü. Lev xanımını evin divarlarına da qısqandığı halda, onun yanında sadə kəndçi qızlarla sevişməyin daha zövqlü olduğunu dilə gətirməkdən çəkinmirdi. Ailə quranda gənc yazıçının 34, ziyalı, zadəgan xanımınınsa 18 yaşı vardı. Tolstoy Sofyanın tək qəlbinin deyil, ağlının da diktəsilə seçmişdi. Cütlük hələ nişanlı ikən Lev arada yalan olmasın deyə, həyatındakı bütün qadınlar haqda danışmışdı. Hətta zifaf gecəsi zadəgan qızın yataqda onu yanıltdığını və yetərincə ehtiraslı olmağını bildirmişdi. Toy gecəsinin səhəri gündəliyinə bu sözləri yazmışdı "Qane olmadım"!

O yaradıcı düşüncələrinə tabe olacaq canlını Sonyanın timsalında tapmışdı. Həçminin kübar xanımın qəlbinə məlhəm olan Musiqilərə qıcıqlanırdı. Sonyanın böyüdüyü evə daim yüksək vəzifəli şəxslər qonaq gələr, royal səsi, şampan, şərab qədəhlərinin toxunuşu ərşə ucalardı. Evlənəndən sonra isə əri onu kənddəki evindən çıxmağa da qoymurdu. Sonya isə digər kənd qadınları kimi hər il bir uşaq doğurdu. Tostoy ailəsində doğulan 13 uşaqdan 5-i hələ kiçik yaşlarında dünyadan köçmüşdülər. Çarəsiz qadınsa süd vəzlərində ciddi xəstəlik aşkarlansa da, ərinin təkidi ilə bütün övladlarını özü əmizdirirdi.

Ədib 60 yaşından sonra həyat tərzini tamam dəyişir. Ailəsindən, doğmalarından uzaqlaşıb, balaca bir kənd evinə köçür. Varlı təbəqənin yol verdiyi bədxərcliyi günah saymağa başlayır. Sadə kənd libası geyinib, bütün təsərrüfat işlərini, ehtiyaclarını özü qarşılayır. Nə Sonya, nə də övladları bu ağılsızlığı qəbul edə bilmirdilər. Məhz buna görə də Tolstoy övladlarının heç biri ilə dil tapa bilmirdi. Buna baxmayaraq dahi Tolstoy dəfələrlə Sonyaya olan sonsuz eşqini və ömrü boyunca yalnız onu sevdiyini etiraf edib.

Ailənin böyük qızı Tatyana gözəl rəssam idi, tez-tez evə yaradıcı elitanı dəvət edir, dünya səyahətinə çıxmağı arzuayırdı. Digər bacısı Marina isə atasının məsləkdaşı idi. O da çılğın yazıçı kimi taxtanın üstündə yatır, ət yeməkdən imtina edirdi. Çox keçmir ki, Marina güclü soyuqdəymədən dünyasını dəyişir. Bu ahıl atanın həyatdan aldığı ən ağır zərbə idi. O yalnız övladını deyil, düşüncələrinə şərik çıxan dostunu itirmişdi. Mərhum qızından başqa heç kim onun "Musiqi, imtahanlar, rahat həyat ən böyük cəzamızdır" kimi fikirlərini anlamırdı. Övladlarını bu yöndə böyüdən Sofyanı isə ən böyük günahkar sayırdı. Çünki o evdə səliqə-səhman yaradır, uşaqlarını təhsilə cəlb edir və xidmətçilərin köməyindən istifadə edirdi.

Ümumiyyətlə isə Tolstoy ailəsinin ən böyük cəzası 8 yaşlı Vanyanın ölümü olur. Ailə Vaniçkanı Allahın mükafatı adlandırırdı. O, qeyri-adı gözləri, su kimi saf qəlbi ilə bütün evi işıqlandırırdı. Vanya küsülüləri barışdırır, evdə sülh yaradırdı. Oğlu dünyasını dəyişəndə, Sonya ağlını itirmək həddinə belə çatır. Lev isə oğlunun ölümünə gündəliyində belə izah verirdi: "Təbiət bizə ən yaşılarını bəxş edir. Bizim bu bəxşişi qəbul etməyə hazır olmadığımızı görəndə isə geri alır".

Ailəsindən, Moskvadakı evindən uzaqlaşıb, kəndə yalnız yaşayan yazıçı, provoslav kilsəsini təbliğ etməyə başlayır. Sonya ilə münasibəti isə getdikcə daha da sərtləşirdi. Onlar bir-birinə ürək sözlərini yalnız öz gündəliklərinə qeyd edirdilər.

Sonradan Sofya Tolstaya memuarlarında yazacaqdı:

"Mənim əziz, mehriban ərim. Səninlə bütövləşə bilmədik. Məndən gözlədiklərini sənə vermək iqtidarında olmadığım üçün bağışla! Çünki sənin ardında azad yaradıcılıq eşqi, mənimsə arxamda böyük bir ailənin məsuliyyəti dayanırdı".

Bütün qarşıdurmalara rəğmən bu güclü xanım ərinin ən böyük dəstəkçisi idi. Sofya bütün bu qaçhaqaçdan imkan tapıb, Levin əsərlərini qaralamadan təmiz vərəqlərə köçürürdü. Bəzən hətta 1000 səhifəlik yazını bir neçə günə bitirir, nəşriyyat evlərilə danışıqlar aparırdı. Bu gün Tolstoy xəzinəsinin əlimizə çatan bir çox incisinə görə Sofya xanıma borcluyuq.

1910-cu ildə ədəbiyyatın sönməz günəşi gözlərini əbədi yumur. Onun ölümündən 9 il sonra isə Sofya ərinin yanına, onunla ruhən, qəlbən bir olmağa gedir.

Yaxın günlərdə tarixçilər ədibin və Sofya Tolstayanın gündəliklərində bir-birinə ünvanladıqları ən zərif misraları aşkarlayıblar.

Tolstoy bütün məktublarında həyat yoldaşına "əziz dost" deyə müraciət edərdi.

"Əziz dost, səndən növbəti kədərli məktub aldım. Belə anlayıram ki, həm fiziki, həm də mənəvi əzab çəkirsən. Bihal olduğunu bilib, vaxtımı şən və sakit keçirdə bilmərəm. Düşüncələrim səninlədir. O qüssəli məkubdan sonra istəsəm də, ayağa qalxa bilmirəm. Məni kədərləndirən nə varsa, hamısını sadalamısan. Rica edirəm, bir şeyi unutma. Ömrümün əsas qayəsi sənin həyatındır. Sənin əhvalın yüksələndə sevinir, ürəyin qəmlənəndə isə üzülürəm. Lakin mən əminəm ki, güclü ruhun səni qəmdən azad edəcək və xoşbəxtlik gətirəcək. Mən fiziki qürubun günbəgün daha da yeyin addımlarla yaxınlaşdığını eşidirəm. Sənin kədərli gözlərinsə onun gəlişini daha da sürətləndirir.

Lev Tolstoyun gündəliyindən...

"Mənim Taneyevə olan münasibətimə qarşı çıxdığı kimi, mən də onun Qureviçlə ünsiyyətini bəyənmədiyimi bir az ehtiyatsız bildirdim. Üzünə baxanda, vücudumu qorxu bürüdü. Son günlər bir az da qalınlaşan qaşları hiddətli gözlərinin üstünə ox kimi çökdü. Əzabkeş üz ifadəsi qəlbimi parçaladı. Axı bu sima mehriban, ehtiras və sevgi ilə baxanda daha gözəldir. Tez-tez bir fikir məni yamanca düşündürür. Həqiqətən onun qarşısında günahım olsaydı, mənə hansı xətəri yetirərdi?!

Məni günah və xəyanətin dəhşətindən azad etdiyi üçün Allaha minnətdaram. O məni yad ehtirasdan həmişə zamanında xilas edib".

Sofya Tolstayanın gündəliyindən...

"Əziz dost, Sonya,

Ən böyük faciə və ayıb odur ki, sözün hər mənasında yaramaz və maraqsız insanlar həyatımızı idarə etsin. Ömrümüzün son ilini puça çevirsin. Həyatımız boyu bizi ayıracaq hadisələrə rəğmən, daha da yaxınlaşıb, bir-birimizə əvvəlkindən qat-qat doğmalaşmışkən bunun baş verməsi ədalətsizlikdir. Bizim bütövləşməyimiz hələ Vaniçkanın ölümündən öncə cücərməyə başlamışdı. Getdikcə daha da dərinə kök atan sevgi ağacının kölgəsində sərinlədiyimiz vaxtda, 35 illiyimizin son günlərində bu iyrənc vərdişin yenə hər şeyə möhür qoydu. Bilirəm ki, sənə çox ağırdır, məni çox sevdiyinə də şübhəm yoxdur. Bil ki, məni çox məyus etdin. Sənin yerinə utanıram. Səni ən dərin, ən çılğın hisslərimlə sevirəm.

Əlvida və bağışla, əziz dost.

Öpürəm səni!"

Lev Tolstoyun gündəliyindən...
//publika


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1987   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanı

17.04.2024 273
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 348
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 225
.

Türkiyədə qeyri-qanuni miqrantlar xilas edildi

Türkiyənin Muğla şəhərində miqrantları daşıyan qayıq batma təhlükəsi yaşanıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı qayıqda olan 25 nəfər xilas edilib. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. Qeyri-qanuni immiqrantlar aidiyyatı şəxslərə təhvil verib

17.04.2024 240
.

Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec

17.04.2024 890
.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı

17.04.2024 318
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17.04.2024 913
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17.04.2024 980
.

Həyat yoldaşı və qızı Kürdə batan qadın DANIŞDI - VİDEO

"Dörd gündür axtarış gedir, balam tapılmır". Bu sözləri Baku TV-yə açıqlamasında həyat yoldaşı və qızı Kürdə batan qadın deyib. O bildirib ki, hamı kömək edir, lakin övladı tapılmır. Qeyd edək ki, aprelin 12-də Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanl

17.04.2024 1080