Prezident itkin düşən alpinistlərin axtarışı ilə bağlı GÖSTƏRİŞ VERDİ

Prezident itkin düşən alpinistlərin axtarışı ilə bağlı GÖSTƏRİŞ VERDİAzərbaycanın Baş Nazirinin müavini Abid Şərifov dekabrın 23-də Tufandağ ətrafına səfər edən zaman itkin düşən 3 nəfər azərbaycanlı alpinistin axtarış işləri ilə bağlı vəziyyəti qiymətləndirib.

A.Şərifov ölkə.az-a müsahibəsində itkiş düşmüş alpinistlərin tapılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verildiyini deyib:

"Alpinistlərin tapılması üçün xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən mütəxəssislər gətirilib, axtarış işlərinə helikopterlər cəlb olunub və sairə. Bütün bunlar böyük xərc tələb etsə də, dövlətimiz bu məsələni diqqətdə saxlayır. Həm cənab Prezident, həm də hökumətimiz çalışır ki, itən alpinistlər tezliklə tapılsın. Hər kəs də bunu istəyir. Şübhəsiz ki, bu məsələ bilavasitə cənab Prezidentin nəzarətindədir. Cənab Prezidentin göstərişi və razılığı olmadan, Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət etməz. Ona görə də bütün müvafiq qurumlar alpinistlərin tapılması üçün gecə-gündüz çalışırlar".

Baş nazirin müavini alpinistlərin axtarışları ilə bağlı bir sıra şəxslərin irad və tənqidi fikirlər səsləndirməsini də şərh edib:
"Bu cür yanaşma heç bir xarici dövlətlərdə yoxdur. Digər dövlətlərdə hər hansı hadisə baş verən zaman dövlət qurumları 2-3 gün axtarış apardıqdan sonra işi dayandırır. Amma Azərbaycanda belə yanaşma yoxdur. Cənab Prezidentin göstərişi ilə 20 gündən çoxdur ki, axtarış işləri davam etdirilir. Özü də çox çətin, qarlı, tufanlı şəraitdə işlər aparılır. Bu məsələdə hökumətin qınanmasına gəldikdə isə, hər bir adam nəyisə irad tuta bilər. Amma irad tutan o adamın buna haqqı var ki, həmin şəxs düzgün təklif versin. Həmin adam bizdən çox bilirsə, düzgün təklif verib desin ki, siz doğru iş görmürsünüz, əslində bu cür etmək lazımdır və sairə. Həmin adamlar gəlib yerindəcə vəziyyətlə tanış olsa, görəcək ki, mütəxəssislər neçə müddətdir gecə-gündüz qarda, çovğunda axtarış işlərini həyata keçirirlər. İrad tutanların daha ağıllı fikirləri, təklifləıri varsa, gəlib söyləsinlər, biz də onu edək. Yoxsa boş-boş irad tutmağa nə var!".

Qeyd edək ki, Baş nazirin müavini Abid Şərifovun "Ölkə.Az" xəbər portalına verdiyi geniş müsahibə ilə bir qədər sonra tanış ola biləcəksiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4128   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 163
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

17:49 18
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 0
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

16:00 14
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 281
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

17:29 117
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 194
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 523
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 210