"Kürd Vüqar" xalasının ərini iki zərbəyə öldürdü – VİDEO

"Kürd Vüqar" xalasının ərini iki zərbəyə öldürdü – VİDEO

Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.

BiG.AZ ARB TV-yə istinadən xəbər verir ki, qəsəbə sakini 55 yaşlı Muğan Salikov qohumu olan “Kürd Vüqar” ləqəbli şəxs tərəfindən döyülüb.

İctimai iaşə obyektinin kameralarına düşən görüntüdən bəlli olur ki, Vüqar xalasının həyat yoldaşı ilə görüşür, daha sonra isə onun baş nahiyəsinə zərbə vuraraq yerə yıxır.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb. Ancaq onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Salikovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Vüqar Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən Fəadail Hüseynovun qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2133 Tarix: 17.01.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 18.01.2018
Dunen xeberlerde baxirdim 2zerbeye kiwini o dunyaliq etdi
Wuwe kimi olacaqsan heyatda seni qirani keseceksen
■☆■☆■☆■☆■☆■☆■☆

 
vetenperver
vetenperver 17.01.2018
Kürd qızanda pis qızır..


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər