Gözəlliyi ilə kralı özünə aşıq edən 7 yaşlı qız: Dünyanın ən gənc və cazibədar kraliçası - FOTO

Gözəlliyi ilə kralı özünə aşıq edən 7 yaşlı qız: Dünyanın ən gənc və cazibədar kraliçası - FOTO2011-ci ilin oktyabr ayında dünyanın ən gənc, Cənubi Asiyada yerləşən Butan Krallığının 31 yaşlı kralı - Ciqme Kxesar Namqyal Vançuk 21 yaşlı təbə Ceçun Peme ilə evlənib. Toydan sonra qız dünyanın ən gənc kraliçası statusunu qazanıb. Lakin hökmdar əmindir ki, zaman keçdikcə illərin təcrübəsi nəticəsində qazanılmış müdriklik xanımını bütün zamanların böyük kraliçası edəcək.

Bu yazıda oxuculara dünyanın ən gənc kraliçasının həyatının maraqlı detallarını çatdırırıq

Aşağı təbəqədən olan gəlin

Bir çox dünya KİV-i tez-tez belə bir fikir vurğulayır ki, Butan kralı aşağı təbəqədən olan bir qızla ailə qurub, amma bu, belə deyil. Ceçunun atası Butanın Traşiqanqa şəhərinin keçmiş merinin nəvəsidir, anası isə yerli şahzadələrdən birinin xaç qızıdır. Odur ki, Ceçun kral ailəsi ilə uşaqlıqdan tanış idi.

Butan kraliçası ənənəvi təhsil alıb, Britaniyanın Recent Kollecinin beynəlxalq münasibətlər və psixologiya ixtisasını bitirib, o, hind və ingilis dilində sərbəst danışır, eləcə də basketbol və incəsənətlə yaxından maraqlanır.

Sevgi tarixçəsi

Ciqme və Ceçun toydan hələ xeyli əvvəl qızın atasının təşkil etdiyi piknik gəzintisində tanış olub. Gələcək kraliçanın onda cəmi yeddi yaşı var idi. Deyilənlərə görə, həmin gəzintidə gənc şahzadə zarafatla bildirib ki, Ceçun böyüdükdən sonra onlar mütləq evlənəcək. Beləliklə də düşünülmədən deyilən bu söz böyük məhəbbət hekayəsinin ilk mərhələsi olur.

Açıq parlamentin çıxışında isə kral Ciqme gələcək həyat yoldaşı barədə bunları deyib: "Gəncliyinə baxmayaraq, o, qəlbən xeyirxah və mehribandır".
Maraqlıdır ki, kral ailəsinin üzvlərinin yazılmamış qaydalarına görə, padşahın bir neçə arvadı ola bilər. Lakin Ciqme çoxəsrlik çoxarvadlılıq təcrübəsinə nöqtə qoyub və bəyan edib ki, yalnız bir dəfə evlənəcək. Çünki həyat yoldaşına dəlicəsinə aşiq olmuşdu...

Üç gün üç gecə təntnəli toy

Mərasim təbii ki, buddist adəti üzrə Butanın köhnə paytaxtı Punaxe şəhərində - XVII əsrin qala monastırında keçirilib. Vaxt və yer münəccimlər tərəfindən müəyyən edilib. Toyda bütün dünyadan 1,5 min rəsmi qonaq iştirak edib. Təntənəli mərasim və bütün baş verənlər milli televiziya vasitəsi ilə canlı şəkildə göstərilib. Gənclərin toyunu onlarla birlikdə Butanın 700 minlik əhalisi də qeyd edib: Ölkənin bütün şəhərlərində üçgünlük tənətənəli toy karnavallar, konsertlər və rəqslərlə müşayiət olunmuşdu.

Gözəlliyi

Təbiət onu həm əsrarəngiz gözəllik, həm də iti ağılla mükafatlandırıb. Xaricdə çoxillik təhsil onun üslubuna qətiyyən təsir etməyib. O, öz ölkəsinin ənənələrinə qayğı ilə yanaşır, milli geyimlər və bəzək əşyalarına üstünlük verir. Buna baxmayaraq, onun üslubunda "Yves Saint Lauren" və "Burberry" kimi lüks brendlərin bəzi detallarının olduğunu xüsusi vurğulamaq lazımdır. Ağlı və nəfis şərq gözəlliyinin vəhdəti Pemunu kral ailəsinin və təbəələrinin sevimlisi edib.

Varis

Ötən ilin fevralında Butan kraliçası varisi dünyaya gətirib. Xoşbəxt hadisə Linqkana sarayında olub, doğuşda hətta ata da iştirak edib. Uşağın adını Heyness Qyalsi Ciqme Namcel Vanqçuk qoyublar. Onun ad günündə ölkədə 108 min ağac əkilib. Könüllülərin sözlərinə görə, onlar hər bir tingə balaca şahzadə kimi yanaşıblar. (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3909   Tarix: 17 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051