"Deyir ki, qız tapın evlənim..." – Elariz 24 yaşlı oğlundan danışdı - VİDEO

"Deyir ki, qız tapın evlənim..." – Elariz 24 yaşlı oğlundan danışdı - VİDEO"Canlı ifa etməyi bacaran müğənni üçün mütləq yatmaq lazımdır ki, səs telləri sözünə baxsın. Süd içməlisən, yumurtanın sarısını içməlisən, başqa prosedurlarda var, onlar edilməlidir ki, oxuya biləsən. Bunu canlı ifa oxuyanlar etməlidirlər. Fonoqram oxuyanlar üçün bunların heç bir mənası yoxdur. Fonoqram öz işini görür"

Bu sözləri "ARB Ulduz"un "Şou məkan" proqramına açıqlaması zamanı müğənni Elariz Məmmədoğlu deyib.

Elarizin oğlu evlənmə məsələsini valideynlərinin öhtəsinə buraxsa da, müğənni evlilik üçün hələ tez olduğunu diqqətə çatdırdı:

"Oğlum hələ təhsil alır, anası da çox üstünə gedir ki, evlən. O da anasıyla mənim üstümə atıb ki, siz qız tapın, evlənim. Mən də öz işimlə məşğulam. Görək nə olur. 24 yaşı tamam oldu, 25-ə keçdi. Mənə elə gəlir ki, 28 yaşa kimi hələ vaxtı var. 28 yaşdan o yana artıq gecikmə olur. Mən 23 yaşında evlənmişəm. Peşman da deyiləm. O yaşda evlənəndə biraz çətinliklər olur. Özünü tutmamış görürsən ki, özün boyda uşaqların var. Biraz çətindir, amma yaxşıdır. Nəvələr də tez olur".

Elariz, oğlunuz Türkiyədə təhsil alır. Əgər seçimi özü edib elə ordan bir qızı qoluna vurub gətirsə, bəs necə olacaq?

"Gəlin Türkiyə türkü də ola bilər, dünyanın başqa bir yerində yaşayan türk də ola bilər. Əsas odur ki, ailəmizə uyğun olsun. Bizi başa düşən bir insan olmalıdır".

Toy mövsümü öncəsi haqqında qara reklam kampaniyalarının bilərəkdən irəli sürüldüyünü deyən müğənni artıq bu kimi şaiyələrə önəm vermədiyini söylədi:

"Əslində axır illər yayılan hansı şayiə olur olsun, vecimə deyil. Toy mövsümü qabağı gah deyirlər, səsi batıb, gah deyirlər, bizneslə məşğuldur, gah deyirlər hardasa hansısa bir xanımla "tutublar". Hər dəfə nə isə şayiə olur. Bu da ki, toylarımın sayını azaltmaq üçündür".

Ayağının altını qazan insanlarla məclisdə görüşəndə həmin adamların dondan-dona girib, özlərini mələk kimi apardığını söyləyən Elarizin də bildiyi bir şey var:

"Anti-reklam edən bir-iki nəfər var. Kim olduqlarını da bilirəm. Sadəcə mən adlarını çəksəm, müxbirlər onların üstünə qaçacaq, onlar da "yox elə bir şey yoxdur", deyib, biraz da reklam olunacaqlar. Mənim ayağımın altını qazan insanlar məni görəndə bir üstümə qaçırlar, bir öpürlər. Məndə onlara öz xoş sözlərimi deyirəm. Hətta elələri var ki, deyirlər, gəl bir gün oturaq yeyək, içək. Mən də deyirəm yaxşı... Ancaq onlarda bilir ki, bu olası vəd deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1751   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

16:39 0
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0