Xalq artisti xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

Xalq artisti xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.

Xəbər verdiyimiz kimi, Xalq Artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva ağ ciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib.

Xəstəxananın reanimasiya şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Xalq artistinin səhhəti dünənə nisbətən yaxşılaşıb:

“Hələlik reanimasiya şöbəsindədir. Lakin dünənə nisbətən bu gün vəziyyəti yaxşılaşıb. Yaxın zamanda daha yaxşı olacağına inanırıq”.

---
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov deyib.

Onun sözlərinə görə, aktrisa bu gün səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılıb: "Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki ağırdır. Yüngülləşsə, palataya köçürüləcək".

Qeyd edək ki, Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.

Xalq artisti xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5505 Tarix: 17.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər