Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi işçi axtarırDaxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

DİN-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, həmin vakant yerlər Baş Dövlət Yol Polisi İdarəsində (1 vəzifə), Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində (27) və Nərimanov (1) rayon polis idarələrində, Hacıqabul (1), Kürdəmir (1), Samux (1), Yevlax (1), Cəlilabad (1), Laçın (1), Xızı (1), Şəki (1) şəhər, rayon polis şöbələrindədir.

37 vakant vəzifənin komplektləşdirilməsi məqsədi ilə keçiriləcək müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, habelə tam orta təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, 3 il sürücülük təcrübəsinə malik, yaşı 21-dən aşağı, 26-dan yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış, Bakı şəhəri və yuxarıda göstərilən rayonlarda qeydiyyatda olan və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və dövlət ali təhsil müəssisələrini bitirmiş namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin yanvar ayının 08-dən fevral ayının 05-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4) müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əsli, hərbi bileti, əmək kitabçası (olanlar üçün), sürücülük vəsiqəsi, kompüterlə işləmək bacarığını təsdiq edən müvafiq sənədi şəxsən təqdim etməlidirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1161   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 435
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 310
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 234
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 217
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 373
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 103
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 259
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 343
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 256