Xalq artistinin nəşi Azərbaycana gətirilib: Sabah dəfn olunacaq - FOTO

Xalq artistinin nəşi Azərbaycana gətirilib: Sabah dəfn olunacaq - FOTOABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovun nəşi Azərbaycana gətirilib.

BiG.AZ xəbər verir ki, bu barədə apa-ya Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib.

O, bildirib ki, sabah Çingiz Sadıxovla vida mərasimi keçiriləcək: "Azərbaycan prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən görkəmli musiqiçi Çingiz Sadıxovun nəşi vətənə gətirilib. Yanvarın 16-da Çingiz Sadıxovla Təzə Pir məscidində 12.00-dan 14.00-dək vida mərasimi keçiriləcək, xalq artisti Bakıda II Fəxri xiyabanda dəfn ediləcək".

Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da dünyasını dəyişib. //Milli.Az

Xalq artistinin nəşi Azərbaycana gətirilib: Sabah dəfn olunacaq - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4722   Tarix: 15 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 0
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 0