Ermənistanın Müdafiə naziri əsəbiləşdi: "Dilənçi sən özünsən..."

Ermənistanın Müdafiə naziri əsəbiləşdi: "Dilənçi sən özünsən..."Ermənistan müdafiə naziri Vigen Sərkisyan Qarabağda zabit tərəfindən açılan atəşlə başından ağır yaralanmış keçmiş əsgər, 21 yaşlı Albert Dəlləkyanın xaricdəki müalicəsi üçün özünün Facebook hesabında pul yığma aksiyasına başlayıb.

BiG.AZ epress.am-a istinadən xəbər verir ki, müdafiə naziri əsgərin başında mürəkkəb cərrahiyə əməliyyatına ehtiyac olduğunu, bu əməliyyatın Ermənistanda da aparıla biləcəyini, lakin xaricdə həkimlərin bu sahə üzrə daha təcrübəli olduqlarını bildirir.

Dəlləkyanın anası oğlunun xaricdə müalicəsinin təşkili üçün aylardır Müdafiə Nazirliyindən kömək istəyirdi və rədd cavabı alırdı. Nəhayət müdafiə naziri müraciətə cavab verib, amma vəsait olmadığı üçün özünün Facebook hesabında pul dilənmə aksiyası keçirməklə.

Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə əsgər Dəlləkyan 2016-cı ilin iyununda təmas xəttinin Xocavənd (Hadrut) istiqamətində bölük komandiri, leytenant Avaq Nahapetyanın "silahla davranma qaydalarını pozması" nəticəsində yaralanıb. İş üzrə istintaq davam edir, əsgərə atəş açan zabit hələ xidmətdədir. Dəlləkyanın isə beyni dağılıb və əlil olub. Müdafiə Nazirliyi onun xaricdə müalicəsi üçün pul ayırmaq səlahiyyətinin olmadığını bildirib. Səhiyyə Nazirliyi də əsgərin anasına rədd cavabı verib. Əməliyyatı Ermənistanda etməyi təklif edib.

Ermənistanın Müdafiə naziri əsəbiləşdi: "Dilənçi sən özünsən..."Nəhayət müdafiə naziri "humanist addıma" əl ataraq özünün Facebook səhifəsində əsgə üçün pul yığma aksiyasına başlayıb. Vigen Sərkisyan bildirib ki, o və dostları müalicə üçün lazım olan 45 min dolların 10 faizini ciblərindən verir. "Kimin imkanı varsa bu pul yığma aksiyasına qoşulsun və Albertin ailəsinə zərurri vəsait yığılsın. Hətta mənim bu çağırışım belə kömək edə bilər. Allah Alberti, bütün qəhrəmanlarımızı, xalqımızı saxlasın"-müdafiə naziri bildirib.

Lakin sosial şəbəkə istifadəçiləri Vigen Sərkisyanı ələ salmağa başlayıblar. İstifadəçilər maraqlanıblar: nazirin bu cür pul yığması nə dərəcədə normaldır? Petros Sərkisyan adlı istifadəçi yazıb: "1000 dramlar qurtardı, yoxsa bu dilənçiliyin təzə yoludur?"

"Dilənçi sən özünsən"-müdafiə naziri həmin istifadəçiyə cavab yazıb.

Xatırladaq ki, Ermənistanda işləyən hər vətəndaş döyüş bölgəsində yaralanan və ya ölən əsgərlərə görə kompensasiya ödənilməsi üçün yaradılan xüsusi fonda hər ay 1000 dram (2 dollara yaxın) pul ödəməlidir. Bu fondun yaradılması hakimiyyət tərəfindən dilənçilik kimi qiymətləndirilib və tənqid olunub. //Virtualaz.Org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 15 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127