Sezen Aksunun evinin qarşısında aksiya olacaq

Sezen Aksunun evinin qarşısında aksiya olacaqAzərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) Türkiyənin tanınmış müğənnisi Sezen Aksunun Azərbaycanın qədim xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa edəcəyi barədə məlumatlara münasibət bildirib.

MHA-dan verilən məlumata görə, bununla bağlı son günlər müxtəlif KİV-də müğənninin öz dilindən məlumatlar yayılıb:
"Əlbəttə, Sezen Aksunun Azərbaycan xalq mahnısını erməni dilində ifa etməsi onun öz ixtiyarındadır. Lakin yayılan informasiyalardan çıxarılan nəticə bundan ibarətdir ki, türk millətini təmsil edən və özünü türk adlandıran Sezen Aksu "Sarı gəlin"i erməni xalq mahnısı kimi təqdim edəcək. Bu isə həm Türkiyə və Azərbaycan qanunlarına, həm də hər iki dövlətin üzv olduqları "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasının tələblərinə ziddir".
Məlumatda deyilir ki, folklor nümunələrinin qorunmasına dair Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən hələlik beynəlxalq hüquqi alət qəbul edilməyib. Bununla belə, folklor nümunələrinin qorunması haqqında Azərbaycan Respublikası xüsusi qanun qəbul edib. Həmin qanuna əsasən, xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün MHA-dan icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir: "Hər bir azərbaycanlıya aydın olan "Sarı gəlin" mahnısının sözlərinin mənası erməni plagiatçılar üçün əlçatmaz olub. Erməni musiqisinin banisi S.Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olub. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi "Sarı gəlin" adı ilə təqdim edir və oxuyurlar". MHA S. Aksuya Azərbaycan xalq mahnısı "Sarı gəlin"lə bağlı qeydləri bir daha oxumağı, bütün türk dünyası üçün son dərəcə həssas və incə bir məsələdə diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.
Sezen Aksuya etiraz olaraq, Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) də martın 19-da saat 15:00-da müğənninin İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcək. BDM və ASİM-DER həmçinin bu məsələ ilə bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, Sezen Aksunun Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməsi və onu erməni xor kapellasının müşayiət etməsi bütün Azərbaycan ictimaiyyəti kimi, biz diasporçuları da narahat edir. "Azərbaycan torpaqlarını işğal etmiş, 200 ildir Türk dünyasına qarşı soyqırım və terror aktları həyata keçirən ermənilər mədəniyyətimizə, eləcə də musiqi incilərimizə qarşı mədəni işğal siyasətlərini davam etdirirlər. Saxta erməni təbliğatının qarşısına çıxmaq əvəzinə tanınmış türk müğənnisi tərəfindən belə bir addımın atılması qəbuledilməzdir və bunu şiddətlə qınayırıq. Təəssüflər olsun ki, Sezen Aksu erməni lobbisinin hiyləsinə ucuz şikar olub. Biz BDM və ASİM-DER olaraq Azərbaycan və Türkiyə ictimaiyyətini Sezen Aksunu qınamağa və onun musiqi albomlarını boykot etməyə çağırırıq. Biz Aksunu erməni yandaşlığından əl çəkməyə, Türk xalqının ona verdiyi böyük ada hörmət etməyə dəvət edirik", - bəyanatda deyilir.
Qeyd edək ki, Türkiyənin məşhur müğənnisi Sezen Aksu üç ildir üzərində işlədiyi "Kök" adlı albomuna erməni dilində ifa etdiyi mahnı yerləşdirəcək. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, üstəlik ifaçı məhz qədim Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i erməni dilində səsləndirəcək. Albomda müğənnini erməni xoru müşayiət edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4160   Tarix: 18 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051