Neftçiləri daşıyan vertolyot dənizə düşdü - Ölənlər var

Neftçiləri daşıyan vertolyot dənizə düşdü - Ölənlər var

Hindistanda yerli Neft və təbii qaz komissiyasının üzvlərini daşıyan vertolyotun qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

BiG.AZ report.az-a istinadən bildirir ki, hadisə yanvarın 13-ü səhər saatlarında baş verib.

Göyərtəsində 7 nəfərin, o cümlədən 5 neftçinin olduğu hava gəmisi Hindistanın qərb sahillərində qəzaya uğrayıb.

Vertolyotla əlaqə uçuşdan bir qədər sonra kəsilib. Hava gəmisi Ərəb dənizində yerləşən neft quyularından birinə gedirmiş. Elə həmin gün xilasedicilər Mumbaydan 50 km məsafədə, suda vertolyotun qalıqlarını tapıblar. Xilasetmə işləri davam etdirilir.

Qəzanın bütün səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır. Xilasedicilərin məlumatına görə, vertolyot suya 60 metr hündürlükdən düşüb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1761 Tarix: 14.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər