Azərbaycanda BƏDBƏXT HADİSƏ: 35 yaşlı kişi faciə ilə üzləşdi

Azərbaycanda BƏDBƏXT HADİSƏ: 35 yaşlı kişi faciə ilə üzləşdi

Saatlı rayonunun pambıq zavodunda bədbəxt hadisə baş verib.

BiG.AZ report.az-a istinadən bildirir ki, zavodda işləyən 35 yaşlı Əliabad kənd sakini Musayev Anar Abduləzim oğlunun qol nahiyəsi ehtiyatsızlıqdan pambıqtəmizləyən qurğuda qalıb.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Anar Musayev xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 759 Tarix: 14.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər