Divardakı rəfdən qadın çıxdı

Divardakı rəfdən qadın çıxdı

Türkiyənin Adana şəhərində hüquq-mühafizə orqanları insan alveri, quldurluq və narkotik vasitələrinin qeyri-qanuni ticarəti ilə bağlı əməliyyat keçirib.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, əməliyyat zamanı 31-i qadın olmaqla 46 nəfər həbs edilib.

Əvvəlcədən müəyyənləşdirilmiş 39 evə zirehli texnika ilə daxil olan polisə havadan 2 PUA və 1 helikopter dəstək verib. Əməliyyat zamanı evlərdən insanlara qarşı fırıldaq yoluyla mənimsənilmiş çoxsaylı qənimət, 150 min türk lirəsi, 50 min lirə dəyərində qızıl-zinət əşyaları aşkarlanaraq götürülüb.

Axtarışlar zamanı evin qonaq otağında vitrin görüntülü rəf polislərin diqqətini çəkib. Rəf açıldıqda içindən 1 qadın çıxıb. Bu hadisə polisləri də təəccübləndirib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1348 Tarix: 14.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər