Yazın əsas xəstəliyi

Yazın əsas xəstəliyiAllergiya ilə necə mübarizə aparmaq olar?
Nəmli və isti hava şəraiti ilə əlaqədar meydana çıxan allergik xəstəliklər hazırda geniş yayılmaqdadır. Xüsusən də son illərdə geniş yayılan bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünya əhalisi arasında geniş yayılan xəstəliklərin siyahısında 3-cü yeri tutur. Əvvəllər bu xəstəliyə min nəfərdən birində rast gəlinirdisə, indi hər 10 nəfərdən ikisi bundan əziyyət çəkir. Qeyd edək ki, allergiyalı xəstələrin üstünlük təşkil etdiyi ölkələr arasında Almaniya, Fransa və Türkiyə ön sıralarda qərarlaşıb

Azərbaycanda da son illər allergik xəstəliklərdən Həkimlərə şikayətlənənlərin sayı durmadan artır. Ölkəmizdə də həkimlərin dediyinə görə, allergiyadan şikayətlənən bir çox insanlar onlara müraciət edir.
Həkim-infeksionist Kəmalə Hüseynova son bir neçə ildə belə xəstələrin sayının xeyli dərəcədə artdığını söylədi. Onun sözlərinə görə, mart və aprel aylarında allergiyaya görə müraciət edənlərin sayı çoxalır: "Əsasən qurd, infeksion xəstəlikləri olan insanlarda allergiyaların üzə çıxması digər insanlara nisbətən çoxdur. Həmçinin, allergik faktorlar da müxtəlifdir. Elə insan var onda allergiya sitrus meyvələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan qaynaqlanır. Bəzilərində isə allergiya əlamətlərini müəyyən çiçək və ağac növü, toz, yun, toyuq tükü və s. artırır. İlk öncə həmin allergiya yaradan səbəbi tapmaq lazımdır. Onun üçün də özündə allergiya əlamətlərini hiss edənlər mütləqdir ki, həkimə müraciət etsinlər".
Allergiyanın müxtəlif əlamətləri var. Yazın gəlişi ilə orqanizmdə allergik xəstəliklər burun axması, qaşınma, göz yaşarması və dəridə qıcıqlanmalarla özünü büruzə verir. Bəzən üşütmə, boğaz ağrısı, səs batması və öskürək də ortaya çıxa bilər.
Mütəxəssislərin qənaətinə görə, insanlar arasında bu tip xəstəliyin ən geniş yayılan formaları allergik və xroniki rinitdir. Allergik rinit əsasən yaz mövsümündə, çiçəklərin tozlanma dövrü başlayanda baş qaldırır, xroniki rinit isə bütün mövsümlərdə müşahidə edilir. Allergik rinit zamanı xəstədə ilkin olaraq fasiləsiz asqırmalar, burunda göynəmə və qaşınmalar ortaya çıxır. Daha sonra gözlərdə qaşınma və sulanma kimi əlamətlər müşahidə olunur. Xəstənin burnu daim tutulu vəziyyətdə olur və o, qoxu bilmir. Bir müddət sonra isə burundan selik gəlməyə başlayır, qulaq tutulur. Bəzilərində üz və burun pərdələri şişməyə başlayır və nəfəsalma çətinləşir. Evdə olan zaman xəstə özünü yaxşı hiss etsə də, çölə çıxanda vəziyyəti dəyişir, rinitin simptomları özünü kəskin şəkildə büruzə verməyə başlayır. Bir qisim xəstələrdə bu əlamətlər 1 ay, bəzilərində isə mövsümün sonuna kimi davam edir. Yaz mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş aradan qalxır və xəstə normal vəziyyətə qayıdır.
Və mütləqdir ki, allergik faktor tapılaraq xəstə müalicə olunsun. Çünki vaxtında müalicə olunmadığı təqdirdə, həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər. Odur ki, düzgün müalicə aparıldıqda allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür. Allerqoloqlar bildirir ki, allergik rinitin yüngül keçməsi üçün xəstələr yaz mövsümündən 4 ay əvvəl müalicəyə başlamalı və proses mövsümün sonuna kimi davam etdirilməlidir.
Maraqlı bir məqam da yüngül formalı allergiya xəstəliyi insanlara genetik yolla, əsasən də ana xətlə keçir. Ana, nənə, baba, xala və dayıda olan allergiya genlər vasitəsilə uşaqlara ötürülür. Ancaq allergiyanın bu formasından əziyyət çəkən insanlarda yüngül simptomlar – burun göynəmələri, asqırma və göz yaşarmaları müşahidə edilir.
Həkimlərin söylədiyinə görə, qadın hamiləlik zamanı emosional və gərgin olarsa, doğulacaq uşaqların 80%-i gələcəkdə allergiyadan əziyyət çəkəcəyi ehtimalı yüksəkdir. Allergik xəstəliyə yoluxan insan heyvan saxlanılmayan, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşamalıdır. Yataq otağında yumşaq tipli oyuncaqlar, xalça-kilim olmamalı, allergiya verməyən, hava keçirən yataq və yorğanlardan istifadə olunmalıdır. Həmçinin, hər hansı bir qidaya qarşı allergiya hiss olunarsa, mütləq həmin qidadan imtina edilməli, havaya qarşı allergiyası hiss olunduqda isə evdən çıxmamağa, pəncərə və qapıları müəyyən zaman ərzində bağlı saxlamağa çalışmaq lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5311   Tarix: 21 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780