11 yaşlı müsəlman qızın hicabını qayçı ilə kəsməyə çalışdı

11 yaşlı müsəlman qızın hicabını qayçı ilə kəsməyə çalışdı

17Kanadanın Toronto şəhərində məktəbə getmək üçün 11 yaşlı Xavlah Nomana hücum edilib.

BiG.AZ a24.az-a istinadən xəbər verir ki, Kanadada yaşayan müsəlman qız təcavüzkarın qayçı ilə onun hicabını kəsməyə çalışdığını söyləyib. Pauline Johnson Junior məktəb şagirdi Xavlah Noman jurnalistlərə verdiyi açıqlamada: “Mən həqiqətən qorxdum və pis vəziyyətə qaldım” – deyib.

Xavlah cümə günü səhər qardaşı Məhəmməd Zəkəriyyə ilə məktəbə gedərkən bir nəfərin ona yaxınlaşdığını hissetdiyi və arxasını çevirib baxdıqda isə əlində qayçı olduğunu gördüyünü bildirib.

Təcavüzkarın iki dəfə hicabı kəsməyə çalışdığını ifadə edən Xavlah, “Mən qışqırdıqdan sonra qaçdı, amma bir neçə dəqiqədən sonra yenidən gəldi və kəsməyə davam etdi” – deyib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1112 Tarix: 13.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər