Polisləri "zibil" adlandıran Elnarə axtarışa verildi

Polisləri "zibil" adlandıran Elnarə axtarışa verildi

Milad bayramı ərəfəsində avtomobili ilə iki polis patrulunu vuran Lvovun azərbaycanlı sakini Elnarə Abiyeva haqqında yeni məlumat yayılıb. Belə ki, Elnarə 4 il ərzində yol hərəkatını pozduğuna və asəsan də onda narkotik keflənmə əlamətləri müşahidə olunduğuna görə 13 protokol tərtib edilib.

Oxu.az xəbər verir ki, bu barədə Ukraynanın TCH telekanalı məlumat yayıb.

26 yaşlı Elnarə, xidməti vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanı əməkdaşlarına bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Məsələ ilə bağlı artıq onun yaşadığı ünvana 2 dəfə xəbərdarlıq məktubu göndərilib. Buna baxmayaraq Elnarə polis bölməsinə yaxınlaşmayıb.

Gələn həftə ilə E. Abiyeva ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir. Belə ki, o istintaqdan yayınmağa davam etsə, o, axtarışa veriləcək.

Bununla yanaşı, qadının Azərbaycana və ya İtaliyaya gedə biləcəyi də istisna olunmur.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3506 Tarix: 13.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər