Ana telefonunu itirən oğlunu stola bağladı - 5 saat boyunca döyərək öldürdü

Ana telefonunu itirən oğlunu stola bağladı - 5 saat boyunca döyərək öldürdü

Şərqi Çində 9 yaşlı bir uşaq qarda oynayarkən telefonunu itirib.

BiG.AZ goldnews.az-a istinadən xəbər verir ki, ləqəbi Ming Ming olan uşaq 5 yanvar tarixində fasiləsiz olaraq şiddətə məruz qalıb. Anası onu stula bağlayaraq bir odun parçası ilə döyüb. 9 yaşlı azyaşlı üzünə və başına aldığı zərbələrə görə, ölüb.

Anasının telefonu ilə çölə çıxan uşaq cihazı qarda itirib. Qonşular iki gün sonra qarlar əriyəndə telefonu tapıblar.

Bədənində ciddi yaralar olan uşaq hadisə yerində keçinib. Çində yerli mətbuat ailənin yaşadığı məhəllədə quraşdırılan təhlükəsizlik kamerasının görüntülərini yayımlayıb.

Uşağın anası Chen adlı qadın 5 saat boyunca döydüyü uşağına su və yemək verməyib. Axşam saatlarında stuldan açaraq yerinə yatırdığı uşağını səhəri açılması ilə ölü tapıb.

Qadın həbs edilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2701 Tarix: 13.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
AykaKami
AykaKami 13.01.2018
Zativa lenet senin


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər