Ramil Usubov rəisləri topladı — Kollegiya iclası

Ramil Usubov rəisləri topladı — Kollegiya iclası

Bu gün Daxili İşlər Nazirliyində 2017-ci ilin yekunları ilə bağlı cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair geniş kollegiya iclası keçirilir.

BiG.AZ xəbər verir ki, iclasda Daxili İşlər Naziri Ramil Usubovun, nazir müavinləri və idarə rəislərinin illik hesabat xarakterli çıxışları olacaq.

Qeyd edək ki, ötən il vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən müdafiəsi sahəsində digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən tədbirlərlə respublikada əməliyyat şəraitinə nəzarət bütövlükdə təmin edilib.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1051 Tarix: 13.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər