Trampdan İrana SONUNCU ŞANS

Trampdan İrana SONUNCU ŞANS

ABŞ prezidenti İranla bağlı gözlənilməz addım atıb.

BiG.AZ “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Donald Tramp İranla əldə edilmiş nüvə razılaşmasının müddətinin daha 120 gün artırılmasına qərar verib. Tramp bu qərarın sonuncu dəfə qəbul edildiyini deyib.

Bildirilir ki, İranla ABŞ arasında nüvə anlaşması 2015-ci ildə əldə edilib. Razılaşmaya əsasən İran nüvə araşdırmalarından mərhələli şəkildə imtina etməli və əvəzində bu ölkəyə qarşı tətbiq edilən qadağalar aradan qaldırılmalı idi. Lakin beynəlxalq təşkilatlar və rəsmi Vaşinqton İranın vədlərinə əməl etmədiyini bəyan edib.

Razılaşmaya İran və ABŞ-la yanaşı Çin, Fransa, Rusiya, İngiltərə və Almaniya da imza atıb.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 828 Tarix: 13.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər